
Vakansiyanın adı: Böyük mütəxəssis Vakansiyanın kodu: V210127-2 Vakansiyanın kateqoriyası: Mütəxəssis Vakansiyanın aid olduğu struktur vahid: “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Vakansiya üzrə struktur: Strateji və korporativ inkişaf idarəsi, Risklərin idarə edilməsi şöbəsi Ödəniş növü: Vaxtamuzd İş vaxtının norması: 09:00-18:00 / 5 günlük iş həftəsi Əmək şəraiti: Ofisdaxili İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: İstənilən Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat Tələb olunan minimum əmək stajı: 2 il Tələb olunan komputer bilikləri: MS Office - yaxşı; MS Excell - yaxşı. Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı; Rus dili – orta.
Vəzifə üzrə tələb olunan biliklər :
- Azərbaycan Respublikası və xarici ölkələrdə risklərin idarə edilməsi üzrə qabaqcıl təcrübəyə dair biliklər; - Çalışdığı sahənin fəaliyyətini tənzimləyən normativ aktlar, əmr, qərar və sərəncamlara dair biliklər; - İqtisadiyyat, idarəetmə, əmək qanunvericiliyi və marketinqin əsaslarına dair biliklər; - Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə norma və qaydalarına dair biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri: Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya; - Komanda işi; - Nəticəyönümlülük; - Etibar yaratma; - Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Problem həlletmə; - Analitik düşüncə; - Təşəbbüskarlıq.
Digər tələb və üstünlük göstəriciləri:
- Daxili audit və ya risklərin idarə edilməsi sahəsi üzrə ən azı 2 il iş təcrübəsi; - Risklərin idarə edilməsi sahəsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır (C31000, FRM); - Son iki işlədiyi qurum rəhbərindən tövsiyə məktubu arzuolunandır; - Magistr dərəcəsi arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması; - Risk özünü qiymətləndirmə alətinin tətbiqi; - Təşkilatda aparılan biznes proseslərinin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədilə monitorinqlərin həyata keçirilməsi və təkliflərin verilməsi; - Risk matrisasının hazırlanması və dövri olaraq yenilənməsi; - Daxili normativ sənədlərin, məhsul və prosesslərin, risk nəzarət mexanizmlərinin nəzərdən keçirilməsi və müvafiq rəyin verilməsi; - Stress testlərin keçirilməsi və ssenari analizlərinin aparılması; - Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması; - Daxili insident menecment sisteminin yaradılması üçün təkliflər verilməsi və həyata keçirilməsi; - İnsident menecment sistemdə qeyd olunmuş məlumatların struktur bölmələrdən toplanılması, səbəblərin araşdırılması və təhlili; - Təşkilatda risk mədəniyyətinin yüksəldilməsi məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi; - Əməliyyat risklərinin idarə edilməsində analitik, təhlil yönümlü yanaşmalardan istifadə edilməsi; - Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşının alınması ilə bağlı təkliflərin verilməsi; - Risklərin idarə edilməsi sisteminin avtomatlaşdırılması ilə əlaqədar təkliflərin hazırlanması.
Son müraciət tarixi: 10.02.2021 Müraciət üçün link: https://career.ady.az/Vacation/Get/1155#vp
|