Mühasib
Tələblər:
• Ali təhsil (maliyyə və ya mühasibatlıq ixtisası üzrə) • Mühasibatlıq sahəsində 1 ildən artıq iş təcrübəsi • Azərbaycan dilində, İngilis dilini yaxşı səviyyədə bilmək; • Kompüter bilikləri: Microsoft office əla səviyyədə; • 1C (8.3) proqramında işləmək bacarığı • ACCA F3 sertifikatı • Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti; • Yaş: 25 – 30 yaş
Öhdəliklər:
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək • Proqram üzrə mühasibat yazılışlarının verilməsi • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək • Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi • Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması • Digər kreditor və debitorlar ilə hesablamaların qeydiyyatının aparılması • Elektron Qaimə Faktrura, Hesab Fakturalarının işlənməsi • Əsas vəsaitlərin uçotunun aparılması və amortizasiya hesablanması • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması • Ödəmə hesablarının hazırlanması və müştərilərə təqdim edilməsi • İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi
İş şəraiti:
• AR Əmək Məcəlləsinə müvafiq sənədləşmə • İş qrafiki: 5 iş günü • Nahar xərcləri daxil • Əmək haqqı 600 - 800 AZN
Maraq göstərən şəxslər öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Mühasib" sözünü qeyd etməklə support@ces.az elektron poçtuna göndərə bilərlər.
|