
N21.az saytı Azərbaycan elektron ticarət bazarında yeni yaranan onlayn mağazadır. Saytda mobil telefonlar, elektronika məhsulları, televizorlar, noutbuklar, iri və xırda məişət texnikası, geyim, qab-qacaq, tekstil, parfümeriya, kosmetika və s. kateqoriyalar üzrə geniş çeşidli məhsulların nağd və hissə-hissə ödəmə şərtlərilə satışı nəzərdə tutulub. İş barədə məlumat
- Daxil olan telefon zənglərinin cavablandırılması - Sosial şəbəkə hesablarına gələn mesajlara, rəylərə cavab verilməsi və sifarişlərin qeydə alınması - Kompüterdə zənglərin qeydiyyatını aparmaq - Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək - Sifarişlərin zamanında ünvana çatdırılmasına nəzarət edilməsi - İşçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır - İş yeri: Gənclik metrosundan 5 dəqiqəlik məsafə, Prezident İqamətgahının yanı - İş qrafiki: 1-6-cı günlər, 09:00 - 18:00 - İstirahət: Bazar günü - Əmək haqqı: 500 AZN Namizədə tələblər
- Cins: Qadın - Yazarkən qrammatik qaydalara düzgün əməl etməli - Kompüterdə sərbəst işləmə bacarığı - Word və Excel programlarında baza bilikləri - Səlis və aydın intonasiya ilə danışıq bacarığı, fikirlərini rahat şəkildə izah etmək bacarığı - Xoş səs tonuna malik olmalı - Kollektivdə komanda ilə işləmə bacarığı - Məsuliyyətli və inkişafa meyilli olmalı Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını şəkillə birlikdə mövzu yerində "Operator" yazaraq cv@n21.az elektron ünvanına göndərmələri xahiş olunur.
|