İnkassator
 
JOB TITLE: İnkassator
EMPLOYER: Para BOKT DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-29 LAST UPDATED: N/A DEADLINE: 2021-02-28

İnkassator

Vəzifəyə olan tələblər:

o Mühasibat uçotu, bank işi və ya iqtisadiyyat sahəsində ali təhsilin olması;
o Xəzinədarlıq işinin təşkili üzrə bacarıqlara malik olması;
o Qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyini və AMB-nin normativ xarakterli aktlarını bilməsi;
o BOKT əməliyyatlarının bütün aspektləri ilə tanış olması;
o Müvafiq proqram təminatları, iş və riyazi təfəkkür qabiliyyəti;

Vəzifə öhdəlikləri:

1. Filial müdiri və baş mühasibin iştirakı ilə mövcud qanunvericiliyə uyğun xəzinənin açılması və dəyərlilərin dövriyyə kassasına mədaxil edilməsi;
2. Gün ərzində xəzinə üzrə mədaxil məxaric, valyuta mübadilə əməliyyatlarının aparılması zamanı Azərbaycan Respublikası MB-nin qüvvədə olan normativ aktlarına və BOKT-un daxili qayda və prosedurlarına riayət edilməsi;
3. Xəzinə mədaxil və məxaric sənədlərini icra etməzdən əvvəl onun tam doldurulması və əməliyyata sərəncam verən , o cümlədən əməliyyatı aparan şəxslərin imzalarının mütləq qaydada olmasına təkrar nəzarət edilməsi;
4. Əməliyyat gününün sonunda, gün ərzində aparılan mədaxil məxaric əməliyyatlarının hesablardan çıxarışlarla uzlaşdırılaraq balansa çıxılması;
5. Əməliyyat gününün sonunda xəzinədəki nəğd pul vəsaitlərinin və digər dəyərlilərin filialın müdiri və baş mühasibinin iştirakı ilə sayılıb balans məlumatları ilə tutuşdurularaq dövriyyə xəiznəsindən saxlanc( fond ) xəzinəsinə yerləşdirilməsi;
6. BOKT-un ona verdiyi əsas vəsaitlərdən: kompyuter, pulsayan avadanlıq və bilavasitə iş prosesində istifadə etdiyi digər avadanlıqların işlək və saz vəziyyətdə saxlanılmadığı haqda şəxsi məsuliyyət daşıması;

Yalnız tələblərə uyğun olan namizədlərin CV-ə baxılacaq. CV-də şəkilin olması mütləqdir.

Maraqlanan şəxslər subject (mövzu bölməsində) “İnkassator” başlığı ilə vakansiya@parabokt.az və vakansiya@parabank.az ünvanına CV ilə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP