Aparıcı Mühəndis
 
JOB TITLE: Aparıcı Mühəndis
EMPLOYER: Fairmont Baku DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-01-29 LAST UPDATED: N/A DEADLINE: 2021-02-28

Aparıcı Mühəndis

ƏMƏK FUNKSİYALARI:

Aparıcı Mühəndis texniki-mühəndis bölməsinin gündəlik fəaliyyətinə dəstək və nəzarəti həyata keçirir, texniki –mühəndis briqadası ilə sıx əlaqə saxlamaqla işin keyfiyyətini və vaxtı vaxtında əməl olunmasını təmin edir.

• Bütün avadanlıqların düzgün quraşdırılmasını və rəvan işləməsini nəzarət edir
• Otelin Enerji İdarəetmə Sistemlərinə nəzarət etmək
• Otelin istismarında və saxlanmasında digər komandalara dəstək göstərmək
• Qonaq xidmətlərini əlaqələndirmək və ortaya çıxan problemləri dərhal həll etmək üçün əlaqədar şöbələrlə sıx əlaqə saxlamaq
• Texniki Təmir Departamentinin gündəlik fəaliyyəti ilə bağlı işlərin icrasında dəstək olmaq
• Xidmət müqavilələrinə olan tələbatı nəzərdən keçirmək
• Qəza xidməti briqadasının yardımçı üzvü olmaq və yerli yanğınsöndürmə xidməti ilə sıx əlaqə saxlamaq
• Sağlamlıq və təhlükəsizlik məsələlərinə şüurlu yanaşmaq və təhlükəsiz iş mühitinin qorunub saxlanmasında fəal iştirak etmək
• Otelin istismarında və saxlanmasında digər komandalara başçılıq etmək və dəstək göstərmək
• Lazım olduqda rekvizitləri hazırlamaq.
• İşçi heyyətinin fəaliyyəti ilə bağlı bütün lazımi sənədlərin izlənməsinə və şəxsi dosyedə saxlanılmasına nəzarət etmək

İXTİSAS TƏLƏBLƏRİ:

• Otel işi sahəsində, ən azı 3 illik iş təcrübəsi
• Ali Mühəndis təhsili
• İngilis və Azərbaycan yaxud Rus dillərindən biri olmaqla ikidillilik dəyərlidir
• Mühəndis-texniki təyinata və ya əlaqədar otel sistemləri təyinatını bilmək
• Tikinti normaları, yanğından mühafizə, gigiyena və təhlükəsizlik texnikası kimi yerli normativ aktları yaxşı bilmək
• Enerjinin idarə edilməsi sahəsində konkret uğurlar qazanmaq
• Şəxsi və sahə hədəflərinə ardıcıl nail olmaqda işçilərə yardım göstərilməsində sınanmış liderlik keyfiyyətlərinə malik olmaq
• Bütün vaxtlarda ən yüksək səviyyədə məhsuldarlığı təmin etmək üçün güclü problem-həlletmə keyfiyyətlərinə malik olmaqla tədbirli olmaq
• Yaradıcı və risklərə getmək üçün iradəli olmaq

E-mail: aze.careers@fairmont.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP