
Vəzifə: İŞƏ QƏBUL ÜZRƏ MÜTƏXƏSSİS
Vəzifə öhdəlikləri:
• Vakansiya elan mətninin hazırlanması • Vakansiya elanı və İşədüzəltmə şirkətlərinin araşdırılması, siyahısının tutulması, qiymətləndirilməsi və seçilməsi • Vakansiya elanlarının vakansiya saytlarında yerləşdirilməsi. Sosial mediada (facebook, linkedin və s.) elanların verilməsi və müraciətlərin cavablanması • Daxili işə qəbul mənbələrindən iş müraciətlərinin vəzifə uyğunluğu, karyera planı və performans nəticələri üzrə yoxlanılması • Namizəd qiymətləndirmə formasında yekun müsahibə nəticələrinin qeydiyyatının aparılmasının təmini • Son müsahibə mərhələsində namizədlərin məlumatlarının və namizəd qiymətləndirmə formasının qovluğa yerləşdirilməsi və aktiv bazaya salınması • İş təklifi veriləcək namizədlə ilkin görüşün həyata keçirilməsi • Karyera sərgilərində iştirak etmək • İşə qəbul planının icrası ilə bağlı bütün növ hesabatların hazırlanmasını təmin etmək
Tələblər:
• Ali təhsil (İqtisadiyyat, psixologiya, sosiologiya, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsil arzu olunandır); • İnsan Resursları sahəsində iş təcrübəsi - 1 ildən artıq; • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli, ingilis dilini bilməsi arzu olunandır; • Ms Office (Outlook, MS Word, Excel) proqramlarını yüksək səviyyədə bilməli; • İşə qəbul müsahibələrinin aparılmasında təcrübə arzu olunandır.
İş Şəraiti:
• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə • Şirkət məhsullarını endirimlə əldə etmək imkanı • Şirkət daxili təlim və inkişaf imkanları • Karyera yüksəlişi imkanı • Əmək haqqı 700 +
Vakansiya üçün müraciət qaydası:
Qeyd olunan tələblərə uyğun namizədlər CV-lərini “İŞƏ QƏBUL ÜZRƏ MÜTƏXƏSSİS” mövzusu ilə hr@bakuelectronics.az elektron ünvanına göndərə bilərlər.
|