
“Melissa Group” - yaşayış komplekslərinin inşasını həyata keçirən Azərbaycanın ən proqressiv tikinti şirkətlərindən biridir. Bizimlə birlikdə çalışmaq istəyirsinizsə, sizi komandamıza dəvət edirik. Elan etdiyimiz vakansiya ”layihələrin idarə edilməsi üzrə mütəxəssis” vakansiyasıdır.
Vəzifə öhdəlikləri:
• Layihələlərin izlənməsi üzrə cədvəllərin tərtibatı • Layihə qrafiklərinin qurulması və müvafiq olaraq izlənməsi • Layihələrin idarəsi zamanı resurs əksiklikləri haqqında informasiyaların toplanması və nəzərdə tutulan kuratorlara təqdim edilməsi • Proqresslərin izlənməsi və yaranan riskləri azaltmaq üçün addımların tətbiq edilməsi • Əsas mərhələlərinin (milestone) qeydiyyatının aparılması
Vəzifə ilə bağlı tələblər:
• Layihlərlə işləmə, proseslərin izlənməsi, təqdim edilməsi vəı müvafiq hesabatların aparılması bacarığı; • Ali təhsilli • Planlama, analiz və idarəetmə bacarığı; • MS Project və ya Promavera P6 üzrə mükəmməl biliyin olması;
Əlavə məlumat
• İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur. • Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarını nəzərə alaraq təyin olunacaqdır.
CV-lərinizi hr@melissagroup.az ünvanına "Layihələrin idarə edilməsi üzrə mütəxəssis" başlığı ilə göndərməyiniz və ya https://melissapark.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur.
|