Maliyyə analitiki
 
JOB TITLE: Maliyyə analitiki
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-01 LAST UPDATED: N/A DEADLINE: 2021-02-27

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Sony, LG, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Vakansiya: Maliyyə analitiki

Vəzifə öhdəlikləri:

• Maliyyə göstəricilərinin təhlili və hesabatlarının hazırlanması;
• Ümumi xərclərin yoxlanılması və təsdiq edilməsi;
• Maliyyə və investisiya əməliyyatlarının monitorinqində iştirak edilməsi;
• Nəğd vəsaitlərin hərəkətinə nəzarət zamanı qənaət rejiminin təmin edilməsi;
• Şirkət büdcəsinin və xərclərin büdcələrə uyğunluğunun təhlili;
• Biznes proseslərdə xərclərin artmasının qarşısını almaq məqsədi ilə məlumatların toplanması və təhlili;
• Yeni iqtisadi trendlərin və biznes imkanlarını aşkarlayıb təhlil etmək;
• Maliyyə hesabatlarının dəqiqliyi və mühasibat uçotu məlumatlarının düzgün tətbiq edilməsinə nəzarət

Tələblər:

• Təhsil – Ali (Maliyyə, İqtisadiyyat, Biznesin idarə olunması sahəsində);
• Maliyyə və mühasibatlıq sahəsində ən azı 5 il iş təcrübəsi;
• MS Office proqramlarının peşəkar istifadəçisi (xüsusilə Excel);
• Azərbaycan dili sərbəst, Rus və İngilis dili üstünlükdür
• Qərarvermə qabiliyyəti;
• Biznes haqqda dərin biliklər;
• Yüksək səviyyəli analitik bacarıqlar;
• Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlil etmə bacarığı;

Biz Sizə təklif edirik:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
• Həftədə 6 iş günü, 1 gün istirahət;
• Karyera yüksəlişi imkanı;
• Ödənişsiz təlimlər;

Müraciət etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://jobs.talhunt.az/optimal/441-maliyy%c9%99+analitiki

Son tarix: 26.02.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP