.png)
Vəzifə adı: İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
• Biznes strategiyasına uyğun olaraq informasiya təhlükəsizliyi üzrə siyasət və standartların tətbiqi və təkmilləşdirilməsi; • İnformasiya təhlükəsizliynin təmin edilməsi üçün siyasət, qayda, prosedur və təlimat üzrə işlərin yerinə yetirilməsi , nəzarət mexanizminin qurulması və bu sahədə normativ-hüquqi bazanın inkişaf etdirilməsi ; • Müəssisədə informasiya təhlükəsizliyinin ölçmə meyarlarının müəyyən edilməsi və nəzarət olunmasına (monitorinq) tələblərin müəyyən edilməsi • İnformasiya təhlükəsizliyi üzrə monitorinq və təhlillərin aparılması; • Məlumatların klassifikasiyasını həyata keçirmək; • İT resurslarında istifadəçi hüquqlarının müəyyən edilməsi və bu istiqamətdə periodik müşahidələrin aparılması; • İnformasiya sistemlərinin zəifliklərinin və onlara qarşı olan təhlükələrin aşkar olunması, təhlili və bunların qarşısını almaq üçün tədbirlərin həyata keçirilməsində iştirak etmək; • Əməkdaşların informasiya təhlükəsizliyi tələblərinə riayət etmələri üzrə yoxlamalarda və xidməti araşdırmalarda iştirak etmək; • Əməkdaşların müəssisə resurslarında informasiya təhlükəsizliyi qaydalarına əməl etməsi üçün maarifləndirmə işlərinin təşkili; • İT infrastrukturunda təkmilləşdirmə işlərinin bütün mərhələlərində (layihələndirilməsi, hazırlanması, tətbiqi, sınaqdan keçirilməsi, qəbulu, istismarı və istismardan çıxarılması) informasiya təhlükəsizliyinin təmin olunması məsələləri üzrə tələblərin irəli sürülməsi; • İnformasiya təhlükəsizliyi üzrə hesabatların hazırlanması;
Namizədə qoyulan tələblər:
• Ali təhsil (Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi olanlara üstünlük veriləcək) ; • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi; • Komanda şəklində işləmə bacarığı; • Yüksək analitik düşüncə, riyazi təhlil qabiliyyəti və problemləri həlletmə bacarığı; • Yüksək üsniyyətqurma qabiliyyəti; • Məxfilik, diqqət, təhliletmə qabiliyyəti; • Sənədlərlə işləmək qabiliyyəti; • İT təhlükəsizliyi həlləri üzrə biliklərin olması; • Dil bilikləri: Azərbaycan dili – Səlis danışıq, oxuma və yazmaq; İngilis dili – Intermediate, Rus dili – B1. ; • Müvafiq sahə üzrə standartları bilməsi və sertifikatların olması;
İş şəraiti:
• Ofis daxili; • Əmək haqqı 2200-2500 AZN • İş rejimi həftənin 5 günü (09:00 – 18:00); • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi; • Əmək haqqının 15 gündən bir ödənilməsi; • Tibbi sığorta təminatının verilməsi; • Nahar təminatının qarşılanması; • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi.
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “İnformasiya təhlükəsizliyi üzrə aparıcı mütəxəssis” yazılmalıdır.
|