Kiçik mühasib
 
JOB TITLE: Kiçik mühasib
EMPLOYER: FINCA Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-02 LAST UPDATED: N/A DEADLINE: 2021-03-04

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA AzerbaijanQeyri-Bank Kredit Təşkilatı BAŞ OFİS üçün KİÇİK MÜHASİB vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

ƏSAS ÖHDƏLİKLƏR

• Kiçik mühasib müştəri səviyyəsində mühasibat və hesabatlardan cavabdehdir. Əsas bank sistemində silinmiş müştərilərin vəziyyətinin idarə edilməsi və yenilənməsi və müştəri səviyyəsində lazımi mühasibat məlumatlarının hazırlanması.
• Silinmiş / açıq müntəzəm / simulasiya tipli ödənişlərinin hesablanması və məlumatların daxil edilməsi (əmək haqqından tutulmalar, pensiya fondundan tutulmalar, nağd terminallar, bank ödənişləri)
• Problemli müştərilərin balansının dəyişdirilməsi və ya bağışlanaraq bağlanması (məhkəmə qərarı, aktivlərin bərpası komitəsi / CRM protokolu və s.)
• Müştəri kreditlərinin hüquq şöbəsinə köçürülməsi və hüquqi statusun əl ilə dəyişdirilməsi / yükləmə (məhkəmə, məhkəməyə qədər, məhkəmədən sonra, icra və s)
• Müştəri ilə Əlaqələr İdarəetmə sistemindən (CRM), Aktivlərin Bərpası Komitəsi Protokolundan (ABK) və ya helpdesk vasitəsilə gələn protokollar üzrə müştəri balansında maliyyə əməliyyatlarının aparılması
• Müştərinin artıq ödəmələri və tutulmalar üzrə artıq məbləğlərin uzlaşdırılması və lazım olduğu təqdirdə düzəliş edilməsi və ya geri qaytarılması
• Hüquq Departamentinin sorğusu əsasında problemli müştərilərinin məhkəmə maliyyə hesabatlarının hazırlanması.
• Borcun olmaması barədə müştəri sorğularının hazırlanması / məhkəmə müqavilələrinin xitamı barədə məktubların hazırlanması
• CBS-də cərimələrin və digər əməliyyatların hesablanmasını dayandırılması
• Sistemdə kredit silinməsinin icra edilməsi

Hesabatlar və digər

• Məhkəmədə olan müştəri hesabatları və bu hesablar üzrə qalığın düzgünlüyünə əmin olmaq
• Şirkətin proseduruna uyğun dəyişikliklər edildikdən sonra, maliyyə məlumatlarını yoxlanması üçün MİS komandası ilə sıx əməkdaşlıq edilməsi
• Müştəri (kredit) arayışının hazırlanması
• Xətti menecerlərinin sorğularını yerinə yetirilməsi və tələb olunan hesabatlar hazırlanması

Tələb olunan bilik və bacarıqlar

• Maliyyə (Mühasibat uçotu) ixtisası üzrə ali təhsil
• Office proqramları (Excel proqramı xüsusi olaraq) biliklər
• Riyazı və məntiqi biliklər
• Azərbaycan dilində sərbəs yazı və danışıq (digər dil bilikləri üstünlük sayılır)
• Əsas Bank sistemi (Flexcube) haqqında kifayət qədər məlumat.
• Mühasibat uçotu haqqında əsas biliklər
• Banklarla iş sahəsində bilik və təcrübə

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 15 fevral 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində Kiçik Mühasib (Baş Ofis) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP