
Şirkət haqqında:
“AzerGold” QSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı: Sosial media üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Təsdiq edilmiş plan əsasında reklamların yerləşdirilməsi və izlənilməsi; • Onlayn mağazanın inkişafı üçün düzgün rəqəmsal strategiyanın hazırlanması və icra edilməsi; • Korporativ web-səhifənin və onlayn mağaza səhifəsinin daim SEO edilməsi, blog və xəbərlərin daim yenilənməsi; • Google Ads kampaniyaların hazırlanması və icra edilməsi; • Sosial media təqvimi planlaşdırmaq,hazırlamaq və tədbirlərin mövzusuna, vaxtına uyğun effektiv qrafik qurmaq; • Korporativ standartlar əsas götürülməklə müştərilərin və izləyicilərin sosial mediadakı sorğularının cavablandırmaq; • Mövzuya uyğun olaraq kontentin (mətn, foto, video) hazırlanması və ya seçilməsi; • Bütün rəqəmsal marketinq aktivliklərin aylıq nəticələri haqqında hesabatların hazırlanması; • Şirkətin sosial şəbəkə hesablarının idarə edilməsi; • Kampaniyalar və yeniliklərlə bağlı təkliflərin verilməsi, bu kampaniyaların reallaşdırılmasının təmin edilməsi.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Foto/video çəkiliş aparmaq bacarığı • Targeting, SEO, Google Ads, e-mail marketinq, web-səhifə idarəetmə bilikləri; • Qrafik dizayn qabiliyyəti • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, analitik düşüncə və riyazi biliklər, hesabat yazma səriştəsi; • Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Adobe İllustrator, Adobe Photoshop, Corel Draw və digər proqramlar
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil; • Sosial media mütəxəssis vəzifəsi üzrə minimum 2 il iş təcrübəsi
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
|