Telesatış Operatoru – Tibbi sığorta üzrə
 
JOB TITLE: Telesatış Operatoru – Tibbi sığorta üzrə
EMPLOYER: PASHA Insurance DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-02 LAST UPDATED: N/A DEADLINE: 2021-03-03

“PAŞA Sığorta” ASC şirkətinin Satış Departamentinə tibb sahəsində təcrübəli və yüksək satış bacarıqları olan “Telesatış Operatoru – Tibbi sığorta üzrə” axtarılır.

Vəzifə və Öhdəliklər:

• Satış həcminin artırılması məqsədilə şirkətin Tibbi sığorta məhsullarının müştərilərə telefon vasitəsilə təqdimatının həyata keçirilməsi
• Müştərilərdən gələn müraciətlərin vaxtında düzgün və dolğun cavablandırılması
• Gündəlik satış barədə müvafiq hesabatların hazırlanması
• Satışdan sonra müştərilərə tibbi sığorta üzrə məlumat xarakterli dəstəyin göstərilməsi

BİLİKLƏR

• Ali təhsil
• Tibbi təhsil arzu olunandır (Ali, Orta ixtisas və ya Səhiyyə sahəsi ilə bağlı peşə və ya ixtisas artırma kursları)
• Dil bilikləri: Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
• Rus və İngilis dili biliklərinin olması üstünlük hesab edilir
• Ofis avadanlığı və MS Office proqram təminatı paketi ilə işləmək bacarığı

TƏCRÜBƏ

• Səhiyyə sektorunun istənilən sahəsində 1 ildən az olmayan iş təcrübəsi
• Tibbi sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür

BACARIQLAR

• Stressə davamlılıq bacarığı- Eyni tipli sualların səbr və təmkinlə cavablandırılması
• Daimi öz üzərində işləmək, bilik və bacarıqların artırılması və inkişaf yönümlülük
• Komanda ilə işləmək bacarığı

Son müraciət tarixi: 02 Mart 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP