 “Bizim Market” supermarket şəbəkəsi 2006-cı ildə fəaliyyətə başlamışdır. Qısa zamanda alıcıların rəğbətini qazanan “BizimMarket” supermarket şəbəkəsi ardıcıl olaraq Bakı şəhərinin müxtəlif yerlərində öz filiallarını artıraraq fəaliyyət zolağını genişləndirmişdir. Fəaliyyətə başladığı ilk zamandan “Yüksək Xidmət” və “Sərfəli Qiymət” prinsiplərini əsas hesab edərək indiyədək bu meyarlara öz işində sadiqdir.
Əgər Siz də pozitiv bir komandanın üzvünə çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.
Tikinti üzrə Mühasib
Namizədə olan tələblər:
• Mühasibatlıq üzrə tikinti sahəsində minimum 1-3 il iş təcrübəsi, • Dövlət orqanlarına hesabatların təqdim edilməsini bacarmaq, • ƏDV ilə işləmə təcrübəsinin olması.
İş haqqında məlumat:
• Bank əməliyyatlarının aparılması, • İşçilərlə hesablaşmaların və sənədləşmələrin təşkili, • Pul vəsaitlərinin planlaşdırılması, proqnoz, ödənişlərin bölüşdürülməsi. • Birbaşa rəhbərin tapşırıqlarının icra edilməsi.
İş şəraiti:
• 5 günlük iş həftəsi • Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur • Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir
Vakansiyaya müraciət üçün CV-ləri “Tikinti üzrə Mühasib” mövzusu ilə hr@bizimmarket.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
|