Təhlil və Dəstək üzrə aparıcı mütəxəssis (şirkət eManat)
Namizədə qoyulan tələblər:
- Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək). - Analitik və alqoritmik düşünmə qabiliyyəti; - Axın diaqramlarının tərtibi və təhlili üzrə bacarıqlar, alqoritmik yanaşma; - Dəqiqlik, detallara diqqət yetirmə qabiliyyəti; - Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübə, operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı; - Məsuliyyətli, intizamlı, yaradıcı; - Fərdi və komanda ilə işləmək qabiliyyəti; - Dil bilikləri: Azərbaycan və Rus dilləri - yüksək səviyyədə, Ingilis dili - texniki sənədləri oxumaq və yazmaq səviyyəsində. Vəzifə öhdəlikləri:
- Dəstək qrupuna yönləndirilmiş daxili sorğuların və müştəri sorğularının təhlili, cavablandırılması/yönləndirilməsi; - Ödəmə sistemlərinin fəaliyyətinin monitorinqinin aparılması; - Ödəmə sistemlərində baş vermiş problemlərin səbəblərinin araşdırılması və dəstəyin göstərilməsi; - Prosessinq mərkəzləri və provayderlər ilə danışıqların və yazışmaların aparılması; - Müştəri sorğuları üzrə dövri hesabatların hazırlanması; - Proseslərin optimallaşdırılması ilə bağlı təkliflərin irəli sürülməsi.
İş şəraiti:
Ofis daxili; Əmək haqqı 800-1000 AZN; İş rejimi həftənin 5 günü (09:00 – 18:00); Əmək haqqının 15 gündən bir ödənilməsi; Tibbi sığorta təminatının verilməsi; Nahar təminatının qarşılanması; Maraqlananlardan xahiş olunur öz CV-lərinizi cv@mpay.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “Təhlil və Dəstək üzrə aparıcı mütəxəssis” yazılmalıdır.
|