
AFB Bank Satış Strukturunun Marketinq üzrə meneceri vəzifəsinə vakansiya elan edir.
Vəzifə: Marketinq üzrə menecer İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə) Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil; • Ən az 3 (üç) il iş təcrübəsinin olması (bank sahəsində iş təcrübəsi üstünlükdür); • Mükəmməl Azərbaycan, Rus, İngilis dili bilikləri; • MS Office proqramlarında işləmək bacarığı; • Ünsiyyət qurmaq və Problem həlletmə bacarığı; • Komandada işləmək bacarığı;
İŞİN TƏSVİRİ:
• İdarəetmə orqanlarının və struktur bölmələrinin əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatlarını əldə etmək; • Məhsullar, xidmətlər, onların şərtləri və tarifləri, satış standartları ilə bağlı əmr, qərar, sərəncam, məktub və digər normativ, habelə tövsiyə xarakterli məlumatları əldə etmək; • Əmək müqaviləsi, Bankın Nizamnaməsi, idarəetmə orqanlarının əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktlarla müəyyənləşdirilən başqa səlahiyyətləri həyata keçirmək; • Mövcud, yeni yaradılmış bank məhulları barədə müxtəlif kommunikasiya kanalları vasitəsilə potensial müştərilərə məlumatın çatdırılması; • Bankın müsbət imici üçün ictimaiyyətlə əlaqələrin qurulması və Bankın ictimaiyyəti maraqlandıran mövzularda mövqe bildirməsini təmin etmək; • Müxtəlif kommunikasiya kanalları üçün müvafiq məzmunların seçilməsi, yaradılması, təchizatçıların cəlb edilməsi, Bank daxilindəki və xaricindəki təchizatçılara yaradıcı tapşırıqların verilməsi; • Tabeçiliyində olan əməkdaşlara verilən tapşırıqların və vəzifə öhdəliklərinin vaxtında, düzgün və keyfiyyətlə icra edilməsinə nəzarət etmək, çatışmazlıqların aradan qaldırılmasını təmin etmək; • Digər Bankların müvafiq sahə üzrə fəaliyyətinin izlənilməsi, təhlili və müvafiq təkliflərin verilməsi; • KİV-nin izlənilməsi və ehtiyac olduğu təqdirdə böhran kommunikasiyanın tətbiq edilməsi; • Filiallar, şöbələr və digər təmas nöqtələri üçün materialların hazırlanması ; • Bankın marketinq büdcəsinin hazırlanması və təqdim edilməsi; • Bankın strateji hədəflərinin yerinə yetirilməsi üçün marketinq fəaliyyətinin uyğunlaşdırılması, planların hazırlanması və təkliflərin verilməsi; • Dövrü hesabatların hazırlanması və təhlili.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Marketinq üzrə menecer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.
|