
Şirkət haqqında:
“AzerGold” QSC əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.
Vakansiyanın adı:
Keyfiyyət idarəetmə sistemləri üzrə mütəxəssis
Əsas vəzifə və öhdəliklər:
• Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onları işə salınması, təkmilləşdirilməsi və inkişafının təmin edilməsi; • Funksional prosedur və təlimatların yaradılması, işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi; • İnteqrəedilmiş Menecment Sistemlərinin (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) tələbləri və prinsiplərini müntəzəm olaraq hərtərəfli təhlil edilməsi və bu istiqamətində işlərin icrasının təşkili; • İnteqrəedilmiş Menecment Sistemlərinin (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) tələbləri istiqamətində risklərin idarə olunması prosesinə yardım etmək; • Təsdiq edilmiş plana uyğun yoxlamaların keçirilməsinin təşkili, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi; • Cəmiyyəti cari qarşılıqlı münasibətlər və əməkdaşlıq inkişafı məsələləri üzrə xarici təşkilatlarda və dövlət orqanlarında səlahiyyətli nümayəndə qismində təmsil etmək; • Əmək funksiyalarına uyğun görülmüş işlər, verilən göstəriş və tapşırıqların icrası barədə şöbənin müdirinə (onun tələbinə əsasən) məlumat vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, təlim keçmə bacarığı, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; • Korporativ məlumat sistemində işləməyi bacarmalı; • İdarəetmə Sistemləri və auditi üzrə müvafiq sertifikatlarıa malik olmalı; (ISO 9001:2015, ISO 14001:2015, ISO 45001:2018) • Dil və kompüter bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri arzuolunandır, Microsoft Office və digər proqramları bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil; • Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
|