
Vəzifə: Kredit İdarəsinin Kredit məhsulu və biznes proseslərinin təhlili şöbəsinin mütəxəssisi İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə magistr təhsilin olması; • Bankda Kredit sahəsində (kiçik və orta biznes sahəsində iş təcrübəsi arzuolunandır) minimum 3 il iş təcrübəsi; • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı; • Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti; • Stressə davamlılıq, komandada işləmə bacarığı; • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün); • İT sahəsində bilikləri olması.
İŞİN TƏSVİRİ:
• Bankın proqram təminatın optimallaşması üçün Bankın İT İdarəsi ilə əlaqəli işlərin aparılması; a) Bankın Proqram təminatında yeni məhsulların yaradılması; b) Sistem şəklində yaranan səhvlərin aradan qaldırılması üçün proqram təminatçısı əməkdaşları tərəfindən hazırlanmış patch-ların Filiallar ilə birgə yoxlanılması və düzgün nəticələrin təsdiqlənməsi; c) Bankda hesabatların hazırlanması prosessinin avtomatlaşdırılması üçün lazımi işlərin aparılması; d) Bankın proqram təminatında kreditlər üzrə məlumatların düzgün əks olub-olunmamasını təhlil edib, müvafiq düzəlişlərin aparılması. c) Proqram təminatında texniki səvhlərin təyin olunması, araşdırılması və düzəlişlərin (İT İdarəsi ilə) aparılması; • Kredit portfelinin vəziyyətinin və dinamikasının müntəzəm təhlili və hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə nəzarət edilməsi • Təsdiq edilmiş limitlərə Filiallar tərəfindən riayət olunmasına nəzarət, rəsmiləşdirilmiş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasının və aparılmış iqtisadi-maliyyə təhlilin tamlığının yoxlanılması • Yeni bank məhsulların hazırlanması və mövcud bank məhsulların və Kreditlərin verilməsi Qaydalarının şərtlərinə yenidən baxılması və müzakirə edilməsi
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV"-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|