
Satınalma və logistika üzrə menecer
Tələblər:
- Təchizat müdiri vəzifəsində zəngin iş təcrübəsi - Rus (mükəmməl) və ingilis dili bilikləri vacibdir - Təzyiq altında işləmək bacarığı - Microsoft Office, 1C proqramları ilə sərbəst işləmək qabiliyyəti
Vəzifələr:
- Şöbələrdən gələn satınalma sifarişlərinin qəbulu və qiymətləndirilməsini yoxlamaq - Sifarişlərin əvvəlcədən müəyyən edilmiş zaman intervalında icra edilməsini təmin etmək T-əchizatçı firmalarla danışıqlar aparmaq, dayanıqlı və effektiv biznes əlaqələri qurmaq - Daim alternativ tədarükçü firmaların axtarışını aparmaq, bazar qiymətlərinə tam bələd olmaq - Sifarişin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən tədarük zənciri prosesinin tam sənədləşdirilməsi və icrasına nəzarət etmək - Tədarükçülərlə bağlanmış müqavilələrin, hazırlanmış qiymət-razılaşdırma protokollarının tələblərinə riayət olunmasına nəzarət etmək - Satınalmalar qanunlarına əsasən müqavilələrin reviziyası, təkmilləşdirilməsi və tərtib edilməsi - Müqavilələr və layihələr üzrə risk analizlərinin aparlıması və tədbirlər planının hazırlanması - Rüblük və illik satınalma büdcəsinin işlənilməsi, xərclərin optimallaşdırılması
Vəzifədən irəli gələn səriştələr:
- Yüksək ünsiyyət bacarığı - İdarəetmə və liderlik bacarığı - Analitik müqayisələndirmə və planlama bacarığı - Stresə və iş yükünə davamlılıq - Aktivlik və çeviklik - Kommunikasiya bacarıqlarının olması - Nizam-intizam
Əmək şəraitinin şərtləri
- İş qrafiki: I-V günlər, 09:00-18:00 - İş yeri Sumqayıt şəhərində yerləşir - Kişi namizədlərə üstünlük verilir - İşə qəbul ARƏM əsasında - Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir - Əmək haqqı : 2000 AZN (Net)
Xahiş edirik, mövzu hissəsində “Satınalma və logistika üzrə menecer” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) hr@technol.az e-poçt ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.
|