İT Təhlükəsizlik üzrə mütəxəssis
 
JOB TITLE: İT Təhlükəsizlik üzrə mütəxəssis
EMPLOYER: MKT İstehsalat Kommersiya MMC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-03 LAST UPDATED: N/A DEADLINE: 2021-03-05

MKT-İK MMC (Pambıq müəssisəsi) İT Təhlükəsizlik üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

1. Şirkətin komputer şəbəkələrində informasiya təhlükəsizliyini təmin etmək;
2. Elektron imzaların təmzinlənməsini həyata keçirmək;
3. İT təhlükəsizlik sahəsində baş vermiş insidentlərin araşdırılmasını həyata keçirmək;
4. Fövqaladə hallarda imformasiya sistemləri üzrə fəaliyyətin davamlığı prosedurlara nəzarət etmək;
5. Şirkərdə ümumi heyətə İT təhlükəsizliyi haqqında təlimlər vermək;
6. Şirkətdə İT təhlükəsizliyinin standartlarının və prosedurlarının tədbiq edilməsini həyata keçirmək;
7. Elektron informasiya sistemləri daxil olmaqla maliyyə və idarəedici informasiya sistemlərinin yoxlanılmasını həyata keçirmək;
8. Şirkətin fəaliyyətində istifadə edilən İT təhlükəsizlik standartlarını təşkil etmək;
9. İT təhlükəsizlik nəzarət sistemlərinin təkmilləşdirilməsi üzrə təklifləri hazırlamaq.
10. Rəhbərlik üçün daxili hesabatların hazırlanması.

Tələblər

• Ali təhsilin olması
• İT təhlükəsizlik sahəsində ən azı 1-3 il iş təcrübəsi;
• İnformasiya sistemlərinin müdafiəsi üsullarını bilmək (aşağıdakı texnologiyalar daxil olmaqla: DLP, SIEM, Web Application Firewall, RADIUS, “Firewall”-lar (NGFW), Fortigate Firewall, Antivirus, Anti-Malware sistemləri, IPS/IDS, Layer 2 və Layer 3 şəbəkə təhlükəsizliyi, E-mail təhlükəsizliyi sistemləri, Monitorinq sistemləri) ;
• İnformasiya təhlükəsizliyi sahəsində standartlar və digər tələblər üzrə biliklərə və təcrübəyə malik olması;
• Analitik düşünmə qabiliyyəti, problemlərin effektiv həll olunması və ehtiyacların prioritetləşdirilərək müəyyən olunması;
• Ünsiyyət bacarıqları, komanda tərkibində işləmək qabilliyəti;
• Sistemin davamlı inkişaf etdirilməsi və öyrənilməsi yönümlü bacarıqları;
• İngilis və rus dillərində sahə üzrə terminoloji biliklərin olması.

İş qrafiki: 5 günlük, 09:30-18:30

Müraciət qaydaları:

CV –ni Azərbaycan dilində hr@mktcotton.com elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İT Təhlükəsizlik üzrə mütəxəssis” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP