
Kapital Bank namizədləri İnsan resurslarının idarə edilməsi departamentinin Kadrlar şöbəsi üzrə aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər :
• Kadr hesabatlıqlarının hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi; • Şikayət və müraciətlərin cavablandırılması və arayış və çıxarışların hazırlanması; • Proseslərin avtomatlaşdırılması üzrə layihələrdə iştirak, • İşə qəbul, işdən azad olma, vəzifə və maaş artımı, müqavilə müddətlərinin uzadılması, struktur dəyişiklikləri və digər dəyişikliklərlə bağlı bütün bildirişləri elektron informasiya sisteminə daxil etmək; • Bank üzrə vəzifə təlimatlarını tərtib etmək; • Əmək kitabçalarının açılması, doldurulmas və saxlanılması;
Tələblər :
• Ali təhsil; • Dəqiq, aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli; • Əmək qanunvericiliyi üzrə biliklər; (yüksək səviyyədə) • Microsoft Office proqramları üzrə biliklər (excel yaxşı səviyyədə) • Azərbaycan dili (qrammatik); Rus dili (arzuolunan) • Kadr kargüzarlığı sahəsində minimum 2 il təcrübəsi.
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
|