Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən yeni bir şirkət “Suvarma Sistemi üzrə Menecer” vəzifəsinə işə qəbul elan edir.
İş yeri: Saatlı rayonu
Tələblər:
- Ali təhsil; - K/T sahəsində suvarma sistemində ən azı 3 il iş təcrübəsi; - Analitik qabiliyyət; - Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma; - İnsanlarla ünsiyyət qurma və komandada işləmək bacarığı; - MS Office proqramlarında işləmə bacarığı; - Azərbaycan dili ( rus və ingilis dilləri bilən namizədlər arzuolunandır);
Vəzifə və öhdəliklər:
- Sulama sisteminin işləməsinə və tələb olunan təmirə nəzarət; - Suvarma Sistemi Layihəsində və onun infrastrukturun yaradılmasında iştirak etmək; - Büdcənin hazırlanması və həyata keçirilməsinə nəzarət; - Təmir işləri xidməti, təchizatın texniki xidmətini və texniki xidmət göstərən şirkətlərlə danışıb xidmət servisini təşkil etmək; - Suvarma Sistemi texnikasını təmin edən təchizatçılarla lazım olan halda əlaqə saxlamaq; - İşin gedişinə və təchizatın effektiv işləməsinə nəzarət; - Mövcud olan ləvazimatın düzgün işlədilməsinə nəzarət; - Suvarma Sisteminin tikilməsi, montaj edilməsi və su meliorasiya sisteminin tikilməsinə nəzarət etmək; - Suvarma Sistemində işləmək üçün lazımı kadrları seçmək, onlara təlim keçmək; - Suvarma dövrü suvarma üzrə işçiləri lazımi sahəyə yönəltmək; - Şirkətin tələblərinə uyğun və nəzarət edən xüsusi strukturlara üyğun hesabatların hazırlanması; - Metereoloji, suvarma və fertiqasiya (gübrələmə) ilə bağlı statistikanın və hesabatın hazırlanması; - Hesabatların vaxtaşarı və tələb olunan halda rəhbərliyə təqdim edilməsi;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini agroparkrecruitment@gmail.com electron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Suvarma sistemi üzrə menecer” qeyd etməyiniz xahiş olunur.
|