
Vəzifənin adı: Mebel üzrə satış müdiri
Tələblər:
- Ali təhsil (menecment, maliyyə, iqtisadiyyat sahəsi); - Mebel satışı sahəsində minimum 5 il iş təcrübəsi olmalı; - Satış sahəsində təhlilinin aparılması qabiliyyəti olmalı; - Qiymət formalaşmanın və satış prosesinin əsaslarını bilməli; - Müəssisənin məhsul assortimentini, təyinatını və klasifikasiyasını dərindən öyrənməli; - MS Office proqramlarını bilməli; - Azərbaycan dilində aydın və səlis danışmalı, rus və ingilis dillərini bilməsi üstünlükdür; - Güclü ünsiyyət bacarığı və problem çözümündə təcrübəli olmalıdır.
İş şəraiti:
- Həftədə 6 iş günü, 1 gün istirahət; - Əmək haqqı: namizədin peşəkar təcrübə, bilik və bacarıqları əsasında təyin edilir; - Sabit maaş və iri həcmli sifarişlərdən formalaşan yüksək satış bonusu - Korporativ nömrə və balans şirkət tərəfindən təmin edilir.
Əsas vəzifələr:
- Ümumi satış sisteminə nəzarət; - Bazar araşdırılmasının aparılması və müvafiq hesabatların hazırlanması; - Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq Satış sənədlərinin hazırlanması; - Satış prosesinin təşkili və idarə edilməsi. Şəxsi satış komandasının yaradılması; - İllik satış və satınalma planının hazırlanması; - Müştəri bazasının formalaşdırılması və idarə olunması; - Müştəri sifarişləri əsasında kommersiya təklifinin hazırlanması; - Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq həftəlik və aylıq hesabatların verilməsi; - Müştəri ilə qarşılıqlı əlaqələrin qurulması, şikayətlərin idarə edilməsi və yeni müştərilərin cəlb edilməsi; - Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması.
Maraqlanan namizədlər hr@kontinent.az mail ünvanına Mebel üzrə satış müdiri başlığı ilə CV göndərə bilər.
|