Satış üzrə mütəxəssis
 
JOB TITLE: Satış üzrə mütəxəssis
EMPLOYER: Logistik Şirkət DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-03 LAST UPDATED: N/A DEADLINE: 2021-03-01

Vakansiya: Satış üzrə mütəxəssis

Logistik şirkət

Ünvan: Bakı şəhəri
Müraciət üçün son tarix: 28 fevral 2021-ci il

Zəhmət olmasa, CV göndərən zaman vəzifənin adını (Satış üzrə mütəxəssis) emailda MÖVZU (SUBJECT) bölməsində qeyd edərək hrlogisticsaz@gmail.com göndərin.

Hörmətli iş axtaran yoldaş, sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəzifənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın. Vəzifəyə və tələblərə uyğun olmayan CV-lərə baxılmayacaqdır.

VƏZİFƏLƏRİ:

- Müştəri Xidmətləri mütəxəssisi tərəfindən qəbul olan qiymət sorğusunun istiqamətini təyin etmək;
- Təyinatı üzrə Tərəfdaşlara daşınma üçün qiymət sorğusunu təqdim etmək;
- Yüklərin daşınmasında öhdəlik götürülən ölkələr üzrə coğrafi göstəriciləri müəyyən olunmuş tarixlər üzrə öyrənmək;
- Qiymət sorğusunu cavablandırmaq;(Daşıma qiyməti)
- Daşımanın reallaşması,müştəri tərəfindən təsdiqini tapdıqdan sonra Cəmiyyətin daxili proqram təminatında daşıma qiymətlərini daxil edərək təsdiqləmək;
- KOD-ların alınmasını təmin etmək;
- İdxal,İxrac və Tranzit daşımaları üzrə Tərəfdaşlarla mütəmadi olaraq əlaqələr saxlamaq,PODKOD alınması üzrə olan ödənişlərin izlənməsini və nəzarətini təmin etməli;
- Yük təyinat stansiyasına çatdıqdan sonra konteynerlərin yerləşməsini və təyinatı üzrə istiqamətini təmin etmək və qeydlərini aparmaq;
- Daşıma bitdikdən sonra satış qiymətlərini nəzərdən keçirmək;
- Aylıq və rüblük hesabatları müqayisəli olaraq yoxlamasını təmin etməli;
- Daşınma bitdikdən sonra yaranan borclar haqda hesabat hazırlayaraq şöbə rəhbərinə təqdim etmək;
- Daşınma zamanı ödənişlə bağlı hər hansı bir problemin yaranmaması üçün izlənməsini təmin etməli;
- Satış şöbəsini əhatə edən illik hədəf proqramının işlənib hazırlanmasında iştirak etmək;
- Müştərilərin müvafiq stansiyalarla əlaqələndirilməsini təşkil etmək;
- Müxtəlif marşrutların tariflərinin müqayisə edilməsi məqsədilə coğrafi və digər biliklərin müntəzəm olaraq təkmilləşdirilməsi;
- Tarif bazasının formalaşdırılması, elektonlaşdırılması və mütəmadi yenilənməsində iştirak etmək;
- Müştərilərlə üzləşmə aparmaq, bunun üçün lazım olan daşıma informasiyasının müştərilərə çatdırılmasını təmin etmək;
- Ödənişlərin vaxtında ödənilməsinə nəzarət edir;

TƏLƏBLƏR:

- Təhsil dərəcəsi: Bakalavr
- Təcrübə: Ümumi ən az 3 il , sahə üzrə ən az 1 il,
- Məsuliyyətlilik
- Ünsiyyət qurmaq bacarığı
- Etibarlılıq
- Detallara fikir vermək qabiliyyəti
- Azərbaycan,Rus və İngilis dillərini əla səviyyədə Çin dilini yaxşı səviyyədə bilmək
- Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP