Kredit Departamentində Təcrübə Proqramı
 
JOB TITLE: Kredit Departamentində Təcrübə Proqramı
EMPLOYER: Optimal Electronics LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-03 LAST UPDATED: 2021-02-03 DEADLINE: 2021-03-05

"Optimal Elektronika" MMC 1997-ci ildə yaradılmışdır. Azərbaycanda BOSCH, Vestel, Samsung, Simfer, Carrier, Singer, Eksen, Aldora Mebel, Konfor Mebel və dünyaca tanınmış digər brendlərin rəsmi distribüteri və satış təmsilçisidir. Keyfiyyətli və geniş çeşidli məhsulların satışını həyata keçirən Optimal Şirkəti müştəriləri üçün audio-video və rəqəmsal texnika, iri və xırda məişət avadanlıqları, mobil telefon, keyfiyyətli və zövqlü mebellər təqdim edir. Təklif etdiyi məhsulların yüksək keyfiyyətinə və müştəriyönümlü satış strategiyasına və satış sonrası göstərdiyi servis xidmətinə görə "Optimal Elektronika" MMC Azərbaycan bazarında aparıcı mövqelərdən birini tutmuşdur. Azərbaycanda ilk dəfə olaraq “Mobil servis” layihəsini həyata keçirməklə bir ilkə imza ataraq müştəri məmnuniyyətinə önəm verdiyini bir daha sübut etmişdir.

Niyə məhz Optimal?

- Hər bir işçiyə gələcəyin meneceri kimi yanaşırıq!
- Pozitivlik bizim ən böyük uğurumuzdur!
- Kreativ ideyaları yaradırıq!
- İstedadlı gənclərə yol açırıq!

"Optimal Elektronika" MMC Kredit Departamentində Təcrübə Proqramını açıq elan edir.

Tələblər:

- Ali təhsil müəssissini yeni bitirməlidir. (Maliyyə, kredit ixtisası üzrə);
- Azərbaycan dilində səlis yazmaq və danışmaq bacarığı olmalıdır;
- İnkişafa meylli olmalıdır;
- Microsoft Office proqramlarını yaxşı bilməlidir.

Biz Sizə təklif edirik;

- Karyera inkişafı;
- Əmək Məcəlləsinə əsasən rəsmiləşmə;
- 6 günlük iş rejimi;
- Şirkət hesabına nahar;
- Ödənişli təcrübə proqramından fayadalanma imkanı.

Təcrübə proqramında iştirak etmək isyəyən namizədlər aşaöıdakı linkə daxil olaraq müraciət edə bilərlər:

https://jobs.talhunt.az/optimal/446-kredit+%c3%bczr%c9%99+t%c9%99cr%c3%bcb%c9%99%c3%a7i

Son tarix: 30.03.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP