
Kredit Mütəxəssisi / İsmayıllı və Sumqayıt filialı
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC İsmayıllı və Sumqayıt şəhərində yerləşən filialı üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi axtarışı elan edir.
Tələb olunan keyfiyyətlər:
• Ali təhsil; • Kredit sahəsində ən azı 1 (bir) il iş təcrübəsi; • Azərbaycan dilində sərbəst danışmaq və yazmaq; • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı; • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq; • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı; • Müştərilərlə davranış etikası.
İş şəraiti:
• İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); • AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə; • Korporativ nömrə və iş görüşmələri zamanı avtomobil ilə təmin edilmə; • Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində “Kredit Mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
|