Təmirçi (Yevlax)
 
JOB TITLE: Təmirçi (Yevlax)
EMPLOYER: Azərşəkər LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-04 LAST UPDATED: N/A DEADLINE: 2021-03-06

Təmirçi (kənd təsərrüfatı texnikası üzrə)/Yevlax

İş yeri - Yevlax rayonu

Peşə biliklərinə dair tələblər:

• Kənd təsərrüfatı texnikaları və areqatların təmiri, baxımı, yağlanması və təhlükəsiz istismarının təmin edilməsi
• Təsərrüfatda istifadə olunan maşin mexanizmlər və digər mexaniki qurğuları gündəlik yoxlaması və müşahidə olunan nasazlıqların aradan qaldırılması
• Təmirçi çilingərlər yük qaldırıcı mexanizmlərdən istifadə zamanı yüklərin düzgün qoşulma və təhlükəsiz yerdəyişmə qaydalarını bilməlidir.
• Texnikaların təmirçi çilingər yüklərin düzgün bağlanmasını və qarmağa asılması qaydalarını bilməlidir.
• Texnikaların təmiri üzrə çilingər mexaniki və avtomatik surət qutularının təmir qaydalarını yağlanma və diaqnostika qaydalarını, sazlanma qaydalarını bilməlidir.
• Texnikaların əyləc sitemlərini, idarəetmə sükan mexanizminin quruluşunu təmirini diaqnostikasını bilməlidir.
• Mühərrikin hərəkət mexanizmlərini təkər və digər texniki hissələrinin təmir qaydalarını, diaqnostika qaydalarını bilməlidir.
• Səpin, gübrələmə, dərmanlama və digər kənd təsərrüfatı qoşqularının təmirini və istifadə qaydalarını bilməlidir.
• İstismar olunan bütün texnika və aqreqatların gündəlik yoxlanılması
• Təhlükəsizlik standartlarına riayət edilməsi və təmir işlərinin dəqiqliklə aparılması.

Ümumi tələblər:

• Tələb olunan ixtisas üzrə peşə təhsili arzuolunandır;
• Müvafiq sahələrdə 5 ildən çox iş təcrübəsi;
• Məsuliyyətlilik və komandada işləmək bacarığı;

İşçi korporativ nömrə ilə təmin edilir.
Nahar şirkət tərəfindən verilir

Maraqlanan şəxslər öz CV formalarını "Təmirçi/Yevlax" başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP