SƏTƏM üzrə müfəttiş
 
JOB TITLE: SƏTƏM üzrə müfəttiş
EMPLOYER: STP-AH (Metaləritmə) DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-04 LAST UPDATED: N/A DEADLINE: 2021-03-06

“STP-AH (Metaləritmə)” MMC SƏTƏM Şöbəsinə SƏTƏM üzrə müfəttiş vakansiyası elan edir.

Zavod 2012-ci ildə istismara verilib. Zavodda metal tədarükü, poladəritmə və yayma istehsal sahələri fəaliyyət göstərir.
Özünə və peşəkarlığına güvənən, istehsalat sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd :

- Ali texniki təhsilli;
- Analoji sahədə ən azı 3/5 illik iş təcrübəsi olan;
- Azərbaycan dilinində sərbəst danışmalı, İngilis dilini sənədləşmə səviyyəsində bilməli;
- SƏTƏM - ə aid yerli qanunvericiliyin tələblərini bilməli;
- İSO 14001, İSO 45001/OHSAS 18001 standartlarının əsas prinsiplərini bilməli, beynəlxalq sertifikasiya arzuolunandır;
- Microsoft Office proqramlarında işləmək bacarığı olmalı;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı;

Hansı işləri görəcəksiniz :

- Əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirmək məqsədi ilə dövrü qiymətləndirilmələrin aparılmasında iştirak etmək;
- İş yerlərində proses və avadanlıqla əlaqədar təhlükələri təyin etmək, riskləri qiymətləndrimək, zəruri tədbirlərinin alınmasında istirak etmək və alınan tədbirlərə əməl olunmasına nəzarət etmək;
- Baş vermiş bədbəxt hadisələrin tətqiqatını aparmaq, hadisəni törədən səbəbləri müəyən etmək, hadisələrin bir daha baş verməməsi üçün tədbirlər planının hazırlanmasında iştirak etmək və müəyyən edilmiş səbəblərin aradan qaldırılmasına və tədbirlər planının hayata keçirilməsinə nəzarət etmək;
- Baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlaması və həyata keçirilməsində iştirak etmək;
- Ərazidə Fərdi mühafizə vasitələrinin geyinilməsi, avadanlıqların, mühafizə vasitələrinin zəruri sınaqlarının və texniki müayinənin vaxtında keçirilməsinə, qoruyucu və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
- Gündəlik sahə yoxlamalarının aparılması və yoxlamalar nəticəsində aşkar edilmiş uyğunsuzluların aradan qaldırılmasını təqib etmək;
- SƏTƏM üzrə tələb olunan sənədlərin olmasının və əlaqədar heyət tərəfindən başa düşülməsini təmin etmək;
- Fövqəladə hallarla mübarizə planlarına və Şirkətin/Podratçıların hazırlıq səviyyəsini təmin etmək üçün təlimlər keçirmək;
- Yanğın təhlükəsizliyi üzrə vasitələrin, balonların işlək vəziyyətdə olmasını təmin etməli, personalı fövqəladə hallar zamanı görüləcək işlər barədə, həmçinin, təxliyyə planı barədə təlimatlandırmaq və s.

Nə əldə edəcəksiniz ?

- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı;

Əlavə məlumatlar :

- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Növbəli iş rejimi (gecə-gündüz)
- İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM üzrə müfəttiş” yazaraq 04.03.2021 il tarixinədək cv@stp.az ünvanına göndərmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP