Müştəri xidmətləri qrupunun məlumat mərkəzi təmsilçisi
 
JOB TITLE: Müştəri xidmətləri qrupunun məlumat mərkəzi təmsilçisi
EMPLOYER: A2Z Advisors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-04 LAST UPDATED: 2021-02-04 DEADLINE: 2021-03-06

A2Z Advisors” QSC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. “A2Z Advisors” QSC İnformasiya Texnologiyaları infrastukturun yaradılması, layihələndirilməsi, avadanlığın tam təchiz olunmasından quraşdırılmasına və sonrakı istifadəsinə qədər müxtəlif növ məlumatların işlənməsi mərkəzi və proseslərinin idarəetmə sistemlərinin qurulmasıni həyata keçirir. Bununla yanaşı, şirkət kamera müşahidə sistemlərinin layihələndirilməsi və qurulması, giriş-çıxışa nəzarət sistemlərinin qurulması və yanğın təhlükəsizliyi sistemlərinin qurulması daxildir.

Hazırda Satış və Marketinq şöbəsinə “Müştəri xidmətləri qrupunun məlumat mərkəzi təmsilçisi” vakansiyası üzrə işə qəbul elan edir.

Əmək haqqı: 450 AZN

Namizədə dair tələblər:

- Ofis proqramlarında işləmək bacarığı
- Səlis nitq qabiliyyəti
- Kollektivdə işləmə qabiliyyəti
- İşgüzar münasibət etikası
- Dil bilikləri: Azərbaycan dili -səlis, İngilis dili- “intermediate” səviyyəsi. Rus dilini bilmək üstünlükdür

Vəzifə öhdəlikləri:

- Müştərilər tərəfindən gələn zənglərin cavablandırılması, Müraciət və zəng edən müştərilərə ətraflı və dəqiq məlumat verilməsi
- Müştərilər tərəfindən daxil olan sorğuları məlumat bazasına qeydiyyata alınması, müvafiq şöbələrə istiqamətləndirilməsi, sorğunun son nəticələr barədə məlumat alıanması.
- Məktublaşmaların aparılması

Müştəri xidmətləri sahəsində ən azı 1 il iş təcrürbəsi olan və Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini cv@a2z.az elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “Məlumat mərkəzi təmsilçisi” qeyd olunmalıdır) göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP