Təşkilatı şöbəyə referent
 
JOB TITLE: Təşkilatı şöbəyə referent
EMPLOYER: Rabitabank OJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-04 LAST UPDATED: N/A DEADLINE: 2021-03-06

Rabitabank” ASC Təşkilatı şöbəyə referent vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Əsas vəzifələr:

• İmza dövriyyəsinə təqdim edilmiş sənədlərin rəhbərliyə təqdim edilməsi;
• Daxil olan zənglərin cavablandırılması və müvafiq rəhbərə yönləndirilməsi;
• Rəhbərliyin iclas və işgüzar görüşlərinin təşkili, gündəliyinin izlənməsi;
• Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrası.

Namizədə olan tələblər:

• Ali təhsil;
• Yüksək şifahi və yazılı ünsiyyətqurma qabiliyyəti;
• Detallara qarşı diqqətlilik və məsuliyyətlilik;
• Əla səviyyədə Azərbaycan və Rus dili biliyi;
• Microsoft Office proqramlarından istifadə qabiliyyəti;
• Sahə üzrə ən azı 1 illik iş təcrübəsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini career@rabitabank.com elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Təşkilatı şöbə-Referent” göstərməyiniz xahiş olunur.

Əlaqə vasitələri:

E-mail: career@rabitabank.com
Telefon: (012) 598 44 88,
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP