1-22 saylı Ərazi Məşğulluq Mərkəzi filialları (Bakı və regionlar) üzrə mütəxəssis
 
JOB TITLE: 1-22 saylı Ərazi Məşğulluq Mərkəzi filialları (Bakı və regionlar) üzrə mütəxəssis
EMPLOYER: Dövlət Məşğulluq Agentliyi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-04 LAST UPDATED: 2021-02-04 DEADLINE: 2021-03-06

Dövlət Məşğulluq Agentliyi fiziki əlilliyi olan şəxslər üçün işə qəbul elan edir!

VAKANT İŞ YERİ: 1-22 saylı Ərazi Məşğulluq Mərkəzi filialları (Bakı və regionlar üzrə)

STRUKTURUN ADI: Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbə
VAKANT VƏZİFƏ: Mütəxəssis
ƏMƏK HAQQI: 800-1000

VƏZİFƏ FUNKSİYALARI:

- Ərazi məşğulluq mərkəzinə daxil olan sənədləri qəbul etmək, elektron informasiya sistemində qeydiyyata almaq, sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;
- Ərazi məşğulluq mərkəzinin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunla müəyyən edilmiş qaydada və müddətdə baxılması üçün müvafiq tədbirlər görmək;
- Sənəd qovluqlarının düzgün formalaşdırılması, uçotu və onların saxlanma müddətlərinin müəyyən etmək;
- Ərazi məşğulluq mərkəzi üzrə kargüzarlığı müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil etmək;
- Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək.

VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:

- Təhsil tələbi: Ali təhsil;
- İş stajı: İş təcrübəsi tələb olunmur;
- Dil bilikləri: dövlət dili (sərbəst)
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (orta səviyyədə)

Fiziki əlilliyi olan və göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə mütəxəssis yazaraq hr.dma@sosial.gov.az ünvanına göndərmələri xahiş olunur.

Vakansiyaya müraciət etmək üçün son tarix: 05.03.2021

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP