
STRUKTURUN ADI: 1-22 saylı Ərazi məşğulluq mərkəzi filialları (Bakı və regionlar üzrə)
VAKANT VƏZİFƏLƏR: İT üzrə mütəxəssis ƏMƏK HAQQI: 1000-1500 VƏZİFƏ FUNKSİYALARI: - Son istifadəçi kompüterlərində əməliyyat sistemlərini qurmaq; - İstiafdəçi kompüterlərində quraşdırılmış standart və ya əlavə avadanlıqlar üçün drayverlərin yüklənməsini və onların vaxtaşırı yenilənməsini təmin etmək; - İstifadəçi kompüterlərində antivirus proqramlarını quraşdırmaq və onların avtomatik yenilənməsini təmin etmək; - İstifadəçi kompüterlərinin müvafiq olaraq lokal və ya internet şəbəkəsinə qoşulmasını təmin etmək; - Çap qurğularını quraşdırmaq və onlara texniki qulluğu təmin etmək; - İstifadəçi kompüterlərinin administrativ idarə olunması məqsədi ilə domen sisteminə qoşulmasında iştirak etmək; - İnformasiya-kommunikasiya təminatı üzrə avadanlıq və proqram ehtiyaclarını müəyyənləşdirmək və rəhbərliyə məruzə etmək; - Qanunvericiliyə əsasən vəzifə üzrə digər funksiyaların həyata keçirilmək. VƏZİFƏNİN TUTULMASINA DAİR TƏLƏBLƏR:
- Təhsil tələbi: Ali təhsil (İnformasiya texnologiyaları, fizika və riyaziyyat); - İş stajı: Müvafiq sahə üzrə ən azı 1 il təcrübə - Dil bilikləri: dövlət dili (sərbəst), rus dili (arzuolunandır), ingilis dili (arzuolunandır); - Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə), şəbəkə bilikləri, əməliyyat sistemləri (yüksək səviyyədə);
VƏZİFƏYƏ DAİR TƏLƏB EDİLƏN ŞƏXSİ KEYFİYYƏTLƏR VƏ BACARIQLAR:
- Məsuliyyətlilik; - Etibarlılıq, dürüstlük; - İnkişaf yönümlü və innovativlik; - Operativlik, çeviklik; - Təşəbbüskarlıq; - Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə İT mütəxəssis yazaraq hr.dma@sosial.gov.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyaya müraciət etmək üçün son tarix: 05.03.2021
|