Layihələrin idarə edilməsi üzrə baş mütəxəssis
Tələb olunan təhsil və iş təcrübəsi:
• Tam ali təhsil (xaricdə təhsil alanlara üstünlük veriləcəkdir); • Analoji sahə üzrə 4 il iş təcrübəsi; • Beynəlxalq sertifikatın olması (PMP) arzuolunandır; • Yüksək səviyyədə təqdimat və ünsiyyət qurma bacarığı; • Səlis Azərbaycan dili və yüksək səviyyədə ingilis və rus dili bilikləri; • Layihələrin idarə edilməsi üzrə biliklər; • Kütləvi informasiya vasitələri ilə iş bacarığı, KİV-in strukturu və funksiyaları üzrə biliklər; • İT resursları və ofis proqramları ilə işləmək bacarığı;
Vəzifə üzrə öhdəliklər və fəaliyyətlər :
• Xidmətin beynəlxalq strategiyasının hazırlanması; • Beynəlxalq layihələrin idarə olunması; • Xidmətin beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq əlaqələrini yaradılması; • Xidmətin beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət orqanları ilə əməkdaşlığın hüquqi əsasını təşkil edən beynəlxalq müqavilə layihələrinin hazırlanmasında iştirak edilmək; • KİV-də xidmətin funksional istiqamətləri üzrə materialların rüblük və illik monitorinqinin aparılması, analitik informasiyaların hazırlanması; • İnformasiyanın KİV üçün yararlılığının təhlil edilməsi və yayımlanmasının təmin edilməsi; • Rəhbərliyin tələb istiqamətlərinə uyğun informasiya ilə təmin edilməsinə, ölkədə və dünyada baş verən mühüm hadisələr və baş verən yeniliklər barədə icmallarının hazırlanmasına nəzarət edilməsi; • Mətbuat konfransları və brifinqlərin təşkil edilməsi; • Sosial media hesablarının idarəedilməsinin təmin edilməsi; • Xidmətin strateji və taktiki fəaliyyət planlarının tərtib edilməsində iştirak etmək.
İş şərtləri:
• Həftə içi: 09:00 - 18:00-dək (nahar vaxtı saat 13:00-14:00) • İstirahət günləri – şənbə və bazar günləri • Əmək haqqı – müsahibənin nəticəsinə uyğun olaraq müəyyən olunacaqdır
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzuda vakansiyanın adını qeyd etməklə HRmining20@outlook.com elektron ünvanına göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaqdır.
|