"Sumqayıt Texnologiyalar Parkı” MMC – nin Biznes Vahidi “STP Alüminium” MMC
Zavod 2014-cü ildə istismara verilib. Zavodda alüminium profillərin istehsalı, toz boya, alüminium əritmə və pəstahalma, mis əritmə sahələri fəaliyyət göstərir.
Vəzifənin adı: Korporativ hüquq üzrə menecer
Özünə və peşəkarlığına güvənən, xüsusilə də istehsalat sahəsində hüquq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.
Bizim üçün ideal namizəd:
- Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilən; - Mülki-hüquqi əqdlərin tərtib edilməsi sahəsində təcrübəsi olan, onların bağlanması və rəsmiləşdirilməsi qaydasını bilən; - Hüquqi sənədlərin sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilən; - Rus və ingilis dillərini mükəmməl səviyyədə bilən; - Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik; - İşgüzar və məsuliyyətli; - İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olandır.
Hansı işləri görəcəksiniz:
- Daxili korporativ aktların, əmr, təlimat, qayda və prosedurların, əsasnamələrin hazırlanmasında iştirak, onların hüquqi ekspertizası; - Cəmiyyətin struktur bölmələrinin yazılı sorğularına əsasən praktik işlərində əmələ gələn hüquqi məsələlər üzrə izahat və məsləhətlərin verilməsi; - Cəmiyyətin fəaliyyətinə hüquqi dəstəyi təmin etmək; - Məxfilik, birgə əməkdaşlıq razılaşmaları və digər spesifik əqdlərin hazırlanması və hüquqi ekspertizası; - Cəmiyyət daxili normativ sənədlərin layihələrinin hazırlanması, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi; - Müxtəlif biznes məhsulları üzrə və layihələr üzrə müqavilə nümunələrinin hazırlanması; - Cəmiyyətin fəaliyyətinin müxtəlif istiqamətləri üzrə müqavilələrin, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi; - Təchizat, xidmət və satış müqavilələrinin hüquqi ekspertizasını həyata keçirmək; - Cəmiyyətin biznes tərəfdaşları və dövlət orqanları ilə münasibətdə hüquqi dəstəyin verilməsi; - Rəhbərliyinin hüquq xarakterli digər tapşırıqlarının yerinə yetirilməsi.
Nə əldə edəcəksiniz?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı; - Adekvat əmək haqqı; - Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi; - Davamlı karyera imkanı.
Əlavə məlumatlar:
- Əmək haqqı razılaşma əsasında; - Şirkət tərəfindən nahar və nəqliyyatla təmin edilmə; - İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi; - İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Korporativ hüquq üzrə menecer” yazaraq hraluminium@stp.az ünvanına göndərmələri xahiş olunur.
|