
Vəzifə: Satış üzrə mütəxəssis
Yerləşmə: Bakı şəhəri
Tələblərimiz:
- Ali təhsil - Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi - Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik - Microsoft office proqramlarında işləmə bacarığı - Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti - Səbrli və məsuliyyətli - Mükəmməl yazılı və şifahi ünsiyyət və təqdimat bacarıqları - Yaranan problemli situasiyaları təhlil və həll etmə qabiliyyəti
Əsas öhdəliklər:
- Fərdi satış planının/məqsədlərinin (KPI) yerinə yetirilməsi; - Satış Departamentində müəyyən edilmiş iş proseslərinin və mexanizmlərin yerinə yetirilməsi; - Dövri hesabatların aparılması; - Debitor borclarının bağlanmasının təhlili və ona nəzarət; - Pul vəsaitərinin geri qaytarılmasına nəzarət, müştərilərlə kommunikasiya; - Əsas tərəfdaşlara/müştərilərə (key account) birbaşa satışların edilməsi; - Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi; - Sənədləşmə prosesinin aparılması (müqavilələrin bağlanması, müqaviləyə əlavələrin və xitamların hazırlanması); - Şirkətin məhsul və xidmətlərinin satışının artırılması; Ş-irkətin xidmət və məhsulları haqqında məlumatın müştərilərə təqdim edilməsi; - Yeni müştərilərin cəlb edilməsi (daxil olan sorğuların emalı, fəal müştəri axtarışı, danışıqların aparılması, müqavilələri bağlanması); - Müştərilərin potensial tələblərinin aşkar edilməsi, yəni, müştərinin sorğusuna əsasən ona məhsulların və ya xidmətlərin təklif edilməsi; - Toplanmış müştəri bazası ilə qarşılıqlı əlaqələrin qorunub saxlanması; - Müştərilərin yeni xidmət və ya aksiyalar haqqında məlumatlandırılması; - Müştərilərin müxtəlif testlərə, tədbirlərə və seminarlara qeydiyyatı və yönləndirilməsi; - CRM, 1C və digər PT-da bütün uçot məlumatlarının düzgün aparılması.
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun “Satış üzrə mütəxəssis” qeyd etməklə talent@dersevi.az elektron poçt ünvanına göndərəsiniz.
Son tarix: 28.02.2021-ci il
|