
Vəzifə: Çağrı Mərkəzinin mütəxəssisi Yerləşmə: Bakı şəhəri
Tələblərimiz:
- Ali təhsil - Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi - Azərbaycan və rus dillərində yüksək səviyyədə bilik - Microsoft office proqramlarında işləmə bacarığı - Aydın və səlis nitq - Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti - Səbrli və məsuliyyətli
Əsas öhdəliklər:
- Vaxtlı-vaxtında böyük həcmdə daxil olan və gedən zənglərin idarə edilməsi; - Müştərilərə məhsul və xidmətlər barədə məlumatın təqdim edilməsi; - Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək; - Yeni müştərilər haqda məlumatın sistemə daxil edilməsi və müştəri haqda mövcud məlumatın yenilənməsi; - Zənglər haqqında hesabatların hazırlanması; - Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi; - Satış həcminin artırılması üçün kompleks tədbirlərin təşkil edilməsi; - Şirkətin məhsul və xidmətlərinin satışının artırılması; - Yeni müştərilərin cəlb edilməsi (daxil olan sorğuların emalı, fəal müştəri axtarışı, danışıqların aparılması, müqavilələri bağlanması); - Müştərilərin potensial tələblərinin aşkar edilməsi, yəni, müştərinin sorğusuna əsasən ona məhsulların və ya xidmətlərin təklif edilməsi; - Toplanmış müştəri bazası ilə qarşılıqlı əlaqələrin qorunub saxlanması; - Müştərilərin yeni xidmət və ya aksiyalar haqqında məlumatlandırılması; - Müştərilərin müxtəlif testlərə, tədbirlərə və seminarlara qeydiyyatı və yönləndirilməsi; - Rəhbərlik tərəfindən daxil olan tapşırıqların yerinə yetirilməsi.
Necə müraciət etməli:
Xahiş olunur rezümenizi məktubun “Çağrı mərkəzinin mütəxəssisi” qeyd etməklə talent@dersevi.az elektron poçt ünvanına göndərəsiniz.
Son tarix: 28.02.2021-ci il
|