.jpg)
Kadrlar üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
▪ E-gov portalında əməliyyatların icra edilməsi ▪ Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, işçi qovluqların hazırlanması, əmək müqavilələrinin hazırlanması ▪ İşçilərin şəxsi işlərinin formalaşdırılması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatı ▪ Məlumat bazasının mütamadi yenilənməsi ▪ Arayışların, xəstəlik vərəqələrinin və çıxarışların hazırlanması və qeydiyyatı ▪ Əmrlərin (qərarların) hazırlanması və onların qeydiyyatının aparılması ▪ Əmək kitabçalarında qeydlərin aparılması ▪ Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların hazırlanması və təqdim edilməsi ▪ İşçilərin iş vaxtı cədvəlinin hazırlanması ▪ Məzuniyyət təqviminin hazırlanması və onun monitorinqi ▪ Pensiya və kompensasiyaların təyin edilməsi üçün sənədlərin hazırlanması və təqdim edilməsi
Tələblər:
▪ Ali təhsil ▪ Ən azı bir il Kadrlar şöbəsində iş təcrübəsi ▪ Microsoft Office proqramlarında mükəmməl səviyyədə işləmək bacarığı ▪ Azərbaycan və Rus dili biliyi ▪ İngilis dili biliyi arzuolunandır
İş şəraiti:
▪ İş saatları: 1-5 günlər saat 09:00-18:00 ▪ Əmək haqqı: razılaşma əsasında
Maraqlı olanlar CV-ni “Kadrlar üzrə mütəxəssis” başlığı ilə hr@landauschool.com ünvanına göndərə bilər.
|