
Vəzifə: Satış üzrə Mütəxəssis Struktur hissəsi: Satış Şöbəsi Birbaşa tabeçilik: Satış Şöbəsinin Müdiri Funksional tabeçilik: Kommersiya Departamentinin Direktoru
MƏSULİYYƏT VƏ VƏZİFƏLƏR:
• Satış şöbəsinin müdirinin rəhbərliyi altında Cəmiyyətin ümumi müştəri bazasının formalaşdırılması üzrə işləri yerinə yetirir; • Müştəri barədə informasiyaları (Müştərinin rekvizitlərini, əlaqə qaydasını, hüquqi və faktiki ünvanı) toplayır və müştəri bazasına qeyd edir; • Caməiyyətin təqdim etdiyi mal və xidmətlərin qiymətlərindəki dəyişikliklərlə, avadanlıqların təchizat müddətləri ilə bağlı müştəriləri məlumatlandırır; • Satış menecerlərinin göstərişi ilə müştərilərlə əlaqə yaradır; • Müştəri tərəfindən ödənişlərin həyata keçirilməsinə nəzarət edir və satış menecerlərini məlumatlandırır; • Satış menecerlərinin göstərişi ilə malların anbardan çıxarılıb müştəriyə göndərilməsi üçün mal tələbnaməsini yazır; • Malların müştəriyə çatdırılmasını təmin edir; • Malların təchizat müddətlərinin əməl edilməsinə nəzarət edir, malların təchizatı yubanarsa, öz rəhbərini məlumatlandırır; • Vaxtında reaksiya vermək məqsədilə avadanlıqlar çatdırıldıqdan sonra müştəridən avadanlıqların xüsusiyyətlərinə uyğunluğu, qablaşdırmanın düzgünlüyü, istehsalçı tərəfindən və ya daşınma zamanı qüsurların mövcud olub-olmaması barədə informasiya toplayır; • Müqavilələrin icrası ilə bağlı müştərilərin pretenziyalarının uçotunu aparır və Rəhbərliyi məlumatlandırır; • Müqavilə şərtlərininin pozulması səbəblərini müəyyən edir və Satış şöbəsinin müdirinə məruzə edir; • Müştəri barədə daxil olan bütün informasiyaları ERP proqram məhsuluna qeyd edir; • Prezentasiya və sərgilərin hazırlanmasında iştirak edir, Sərgi və prezentasiyalardan daxil olan informasiyaları qeydə alır, sistemləşdirir və Satış şöbəsinin müdirinə təqdim edir; • Keyfiyyət sisteminin menecmenti tələblərinin yerinə yetirilməsinə nəzarət edir. • Özünün birbaşa rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirir. • Öz fəaliyyətini “İşçilərin Təlimat Kitabçası”nın tələblərinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, müəssisənin sanitar-gigiyena, yanğından mühafizə norma və qaydalarına müvafiq şəkildə həyata keçirir
Tələblər:
- Ali texniki və ya iqtisadi təhsil - Azərbaycan, rus, ingilis dillərini tələb olunan səviyyədə bilmək - Kompüterlə işləmək bacarığı - 1 il əmək stajı
Fərdi keyfiyyətlər:
- Təşkilatçılıq bacarığı - Geniş dünya görüşü və ələqələndirmə bacarığı - Məsuliyyət hissi - Diqqətlilik
Məşğulluq: Tam
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini sevda.n@caspel.com elektron ünvanına (“Satış üzrə Mütəxəssis" başlığı ilə) müraciət edə bilərlər.
|