
OKmedia şirkəti 7 illik təcrübəsi ilə veb saytların hazırlanması, saytlara texniki dəstək və korporativ mail xidmətinin göstərilməsi ilə məşğul olan, ölkənin aparıcı veb sayt şirkətlərindən biridir.
İş barədə məlumat
- Aylıq, rüblük marketinq planın tərtib olunması və icrası - Tabeliyində olan komandanın idarə olunması - Networking tədbirlərində, konfranslarda aktiv iştirak və şirkəti təmsil etmək - İşgüzar görüşlərdə iştirak - Veb sayt xidmətlərinin satışı üçün əməkdaşlıq təkliflərinin hazırlanması - Veb sayt xidmətlərinin satışı üçün partnyor şirkətlərlə əlaqələrin qurulması
Şərtlər:
- Koroğlu m. yaxınlığında panoramalı ofis - Qrafik: 10:00-dan 18:00-dək (həftədə 6 gün) - Gənc, kreativ komanda - AR qanunvericiliyinə əsasən rəsmiləşdirmə - Aylıq 800 azn fiks maaş + satışdan bonus
Namizədə tələblər
- Agentliklərdə (smm, rəqəmsal marketinq, veb studiya) və yaxud oxşar sahədə B2B üzrə iş təcrübəsi mütləqdir !! - Güclü ünsiyyət qurma bacarığı - Özgüvən, arxayınlıq - Zəngin söz bazası və yüksək IQ
Xüsusən agentliklərdə iş təcrübəsi tələbimiz uyğun gəlirsə, xahiş edirik fotoşəkilli CV-lərinizi "Marketinq Direktoru" mövzusu ilə cv@okmedia.az ünvanına göndərəsiniz.
|