Sistem İnzibatçısı
 
JOB TITLE: Sistem İnzibatçısı
EMPLOYER: Sumgait Technologies Park LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-05 LAST UPDATED: 2021-02-19 DEADLINE: 2021-03-07

Sumqayıt Texnologiyalar Parkı’MMC İnformasiya Texnologiyaları Departamentinə Sistem idarəetməsi və texniki dəstək bölməsi üzrə Sistem İnzibatçısı vakansiyası elan edir.

2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP MMC məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır.

Özünə və peşəkarlığına güvənən, İT sahəsində müvafiq təcrübəsi olan namizədləri komandamıza qoşulmağa dəvət edirik.

Bizim üçün ideal namizəd:

- İnformasiya texnologiyaları və sistem idarəetməsi sahəsi üzrə ali təhsilli;
- İT sahəsində ən azı 3 illik iş təcrübəsi olan.
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, əməkdaşlıq baxımından yüksək bacarıqlara sahib olmalı;
- Aşağıdaki Sertifikatların olmasına üstünlük verilir:
- Microsoft Windows Server Certificates (MTA. MCSA, MCSD, MCSE)
- RHCSA,
- RHCE,
- VCA, VCP, VCAP, VCDX,
- Comtia Network,
- Comptia Server,
- HPE Certificates.
- Rus və ingilis dillərini yaxşı səviyyədə bilənlərə üstünlük verilir.

Hansı işləri görəcəksiniz:

- Şəbəkə proqramlarını serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin təmzinlənməsi;
- Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasıyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılmasını və qarşısının alınması;
- İstifadə olunan proqram məhsullarının keyfiyyətini və etibarlılığını artırmaq üçün təkliflərin hazırlanması;
- İdentifikator və şifrə siyasətini təyin etmək;
- İstifadəçilərə şəbəkədən necə istifadə etməyi, arvix idarəçiliyin öyrədilməsi, şəbəkə ilə əlaqəli istifadəçi suallarına düzgün cavab vermək, şəbəkə proqramı ilə işləmək üçün təlimat tərtibində dəstək görsədmək və istifadəçilərin diqqətinə çatdırmaq,
- İnternet resursların istifadəsinə nəzarət etmək;
- Xarici, daxili və beynalxalq rabitə və internet çixişları təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- İstifadəçilər üçün məhdudiyyətləri qurmaq; serverlər və digər resurslar üçün;
- Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqların sürəti və ehtiyat nüsxəsini təmin etmək;
- İnformasiya sisteminin dayanlığını artırmaq üçün təkliflər hazırlayib, müəssisənin informasıya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak;
- Şəbəkə avadanlıqlarında nasazlıqlar olduqda sistemin bərpasında iştirak etmək;
- İstifadəçilərin və şəbəkə proqramlarının səhvlərini aşkar edib sistemi bərpa etmək;
- Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturun inkişafı üçün təkliflər hazırlamaq;
- Şəbəkə təhlükəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, sistem fayllarını və məlumatların görünməsindən və ya deyişdirilməsindən qorunması) və işləmə təhlükəsizliyini təmin etmək;
- Şəbəkə və server avadanlıqlarının modernləşdirilməsi və alınması üçün təkliflərin hazırlanması;
- Məlumat sistemi komponentlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə alt sistemləri və s.) səmərəli və fasiləsiz işlənməsini təmin etmək;
- Şəbəkənin serverlərinin və iş stansıyalarının antivirus ilə qorunmasını həyata keçirmək;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımı tədbirlər görmək.

Nə əldə edəcəksiniz?

- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı.

Əlavə məlumatlar:

- Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
- Şirkət tərəfindən naharla, nəqliyyatla (servis) təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sistem inzibatçısı” yazaraq 21.02.2021 il tarixinədək cv@stp.az ünvanına göndərilməsi xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP