Doorman
 
JOB TITLE: Doorman
EMPLOYER: Collezione Italia DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: N/A DEADLINE: 2021-03-10

Collezione İtalia” Avropanın premium mebel, mətbəx mebeli, santexnika, çılçıraq, qapı-parket, divar kağızları, pərdə, qab-qacaq, tekstil, yataq örtükləri və hədiyyə aksessuarları brendlərinin təmsilçisidir.

Ölkənin və regionun ən geniş seçimə malik olan “Collezione İtalia” şourumu brendlərin sərgilənməsi, satışı, luks interyer həllərinin təqdimatı üzrə missiyasını illərdir uğurla yerinə yetirir.

Təcrübəli və peşakar işçi qrupuna malik olan şirkət hər zaman bizimlə işləyib inkişaf etmək istəyən doormen-ləri öz ailəsinə qatmağa hazırdır.

Şirkət “Doorman” vəzifəsinə vakansiya elan edir.

Namizədə dair əsas tələblər:

• Boy: 170 sm-dən yuxarı;
• Cinsi: Kişi
• Təhsil: Ali və ya orta
• Azərbaycan, rus (sərbəst) bilmək
• Xoş xarici görkəm;
• Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

Əsas vəzifə və öhdəliklər:

• Gələn bütün müştəriləri və qonaqları xoş gülərüz ilə qarşılamaq, yola salmaq;
• Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;
• Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
• İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
• Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
• Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

İş şəraiti:

• Əmək haqqı: 300 Azn
• İş qrafiki: 09:00-15:00-dək və ya 15:00-20:00-dək
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
• Korporativ nömrə ilə təmin olunma.
• Təcrübə artımı imkanları.
• Yaş həddi:30 – 35 yaş

Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Doorman” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.

İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP