İnsan resursları üzrə menecer
 
JOB TITLE: İnsan resursları üzrə menecer
EMPLOYER: Buta Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: N/A DEADLINE: 2021-03-10

Vəzifə: İnsan resursları üzrə menecer

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Bu sahədə minimum 3-5 il iş təcrübəsi
Təhsil: Ali təhsilli;
Əmək haqqı – müsahibə əsasında 1200-1500 AZN
İş qrafiki: Həftədə 5 gün 09:00 - 18:00

Tələblər:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dillərini ən azı orta səviyyədə bilməli
- Əməliyyatların aparılması üzrə yüksək motivasiyalı iş prinsipinin olması
- Məsuliyyət, nizam-intizam və dəqiqlik kimi müsbət göstəricilərə sahib olmaq
- Analitik düşünmə və problemləri həll etmə bacarıqları

Vəzifə və öhdəliklər:

- AR Əmək Məcəlləsinə, əsasnaməyə və rəhbərin əmrlərinə müvafiq olaraq işçilərin işə qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin, bütün növ məzuniyyətlərin, intizam tənbehlərinin və mükafatlandırılmaların vaxtında rəsmiləşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, əmək kitabçalarının müvafiq qaydada doldurulması, Elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- İşçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, növbəti məzuniyyət cədvəlinin tərtibatına və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- İş vaxtının rejiminə riayət etmək üçün gündəlik davamiyyətin qeydiyyatının aparılması; aylıq tabelin hazırlanması, tabelin maliyyə şöbəsinə təqdim edilməsi;
- Kadrlara olan tələbin müəyyənləşdirilməsi, vakansiyaların müxtəlif informasiya resurslarında yerləşdirilməsi və uyğun namizədlərin seçilməsi;
- İşə qəbul və oriyentasiya planının hazırlanması, plana uyğun olaraq yeni işçinin oriyentasiya olunması, sınaq müddətində izlənməsi;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
- İşçi heyətinin motivasiyası üçün materialların hazırlanması;
- İşçilərin təlim ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması, təlim təchizatçılarının seçilməsi, təlimlərin qiymətləndirilməsi və hesabatların hazırlanması, təlimlərin sənədləşdirilməsi;
- İşçilərin əmək fəaliyyətlərinə dair arayışların və xasiyyətnamələrin hazırlanması;
- Korporativ mədəniyyətin formalaşdırlması və təkmilləşdirilməsi məqsədilə müxtəlif növ layihələr, təlimlər və proqramların hazırlanması və tətbiq edilməsi.

Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “İnsan resursları üzrə menecer” qeyd etməklə öz CV-lərini cv@butaconstruction.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP