İnsan resursları üzrə mütəxəssis
 
JOB TITLE: İnsan resursları üzrə mütəxəssis
EMPLOYER: Buta Construction DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: N/A DEADLINE: 2021-03-10

Vəzifə: İnsan resursları üzrə mütəxəssis

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Bu sahədə minimum 1-3 il iş təcrübəsi
Təhsil: Ali təhsilli;
Əmək haqqı – müsahibə əsasında 600-800 AZN
İş qrafiki: Həftədə 5 gün 09:00 - 18:00

Tələblər:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək
- Ofis proqramları ilə işləmə bacarığı, xüsusilə Excel, Word
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək
- Azərbaycan dilini mükəmməl bilməli, ingilis və rus dillərini ən azı orta səviyyədə bilməli
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı
- Problemləri həll etmə bacarığı
- Stresə davamlılıq

Vəzifə və öhdəliklər:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarının qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- Kadrlara olan tələbatın təmin edilməsində (yeni vakansiyalar üzrə işçi axtarışı, daxil olan CV-lərin analizi və müsahibələrin təşkil edilməsi) iştirak etmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;
- İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyət cədvəllərində qeydlərin aparılmasına nəzarət etmək və ayın sonunda tam məlumatı təqdim etmək.

Maraqlanan namizədlər “subject” (mövzu) hissəsində “İnsan resursları üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərini cv@butaconstruction.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP