İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
 
JOB TITLE: İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis
EMPLOYER: Müasir tipli Peşə Təhsili Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: 2021-02-09 DEADLINE: 2021-03-10

Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:

Vəzifə : İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Mərkəzin ictimaiyyətlə əlaqələrinin təsdiq edilmiş İnformasiya Siyasətinə uyğun həyata keçirilməsini təmin etmək;
- KİV – lər, o cümlədən ictimaiyyətin digər nümayəndələri ilə əlaqələr qurmaq;
- İctimaiyyəti daim Mərkəzə dair informasiya ilə təmin etmək;
- Press – reliz, açıqlama və bəyanatları aidiyyatı struktur bölmələr tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlamaq;
- KİV – lərdə, sosial şəbəkələrdə Mərkəz haqqında yayılan məlumatların monitorinqini aparmaq və nəticələrinə dair aylıq və illik hesabatlar hazırlamaq;
- Mərkəzin veb saytının yaradılmasında, dizayn tərtibatında, saytda yerləşdiriləcək məlumatların dəqiqləşdirilməsində, lazımi informasiyanın təmin edilməsində iştirak etmək və saytın daim yenilənməsinə və işlək vəziyyətdə olmasına nəzarət etmək;
- Mərkəzin sosial şəbəkələrdəki səhifələrini idarə etmək, müxtəlif məlumat portallarında Mərkəz haqqında informasiya yerləşdirmək və nəzarətdə saxlamaq;
- Mərkəzə dair muxtəlif tədbirlər (konfrans, iclas, görüş, seminar, mətbuat konfransı və s.) təşkil etmək.

Bilməlidir:

- Azərbaycan Respublikasının Konstitusiyasını
- "Məlumat azadlığı haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya əldə etmək haqqında", “İctimai İştirakçılıq haqqında” Qanunlarını
- Daxili əmək intizamı qaydalarını;
- Veb saytın idarə olunmasının əsasları;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

- Marketinq, İctimaiyyətlə Əlaqələr, Jurnalistika sahələrində ali təhsilin olması;
- Müvafiq sahədə ən azı 3 il əmək stajının olması;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta yüksək səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 300 (Bir min üç yüz) manat

Maraqlı olanlar CV-ni “İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP