Daxili keyfiyyətə nəzarət sistemi üzrə baş mütəxəssis
 
JOB TITLE: Daxili keyfiyyətə nəzarət sistemi üzrə baş mütəxəssis
EMPLOYER: Müasir tipli Peşə Təhsili Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: 2021-02-09 DEADLINE: 2021-03-10

Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:

Vəzifə : Daxili keyfiyyətə nəzarət sistemi üzrə baş mütəxəssis

Vəzifə öhdəlikləri:

- İş sahəsində tətbiq etmək üçün keyfiyyətə nəzarət üzrə standartları yeniləmək və təsdiq etmək;
- İş prosesini mənimsəmək , qəbul etmək və keyfiyyətə nəzarət işini planlaşdırmaq;
- Mütəmadi olaraq təftiş və nəzarət tədbirləri həyata keçirmək;
- Mərkəzin daxilində akademik keyfiyyətin təminatı şurası ilə şıx əməkdaşlıq qurur;
- Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
- Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
- Tədris ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
- Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş xidmətləri qiymətləndirmək;
- Texniki təhlükəsizlik və əməyin mühafizəsi standartlarına uyğun olaraq tədrisin keyfiyyəti ilə bağlı hesabat hazırlamaq
- Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək;
- Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, tədrisin keyfiyyətinin artırılması ilə bağlı təkliflər hazırlamaq;
- Keyfiyyət idarəetmə sisteminin beynəlxalq standartlara uyğun şəkildə qiymətləndirilməsi üçün illik plana əsasən audit proqramlarının hazırlanmasında, plana uyğun olaraq daxili qiymətləndirmə üzrə tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Keyfiyyət idarəetmə sisteminə aid sənədlərin dövri olaraq adekvatlığını yoxlamaq, aktuallığını qismən və ya tamamilə itirmiş sənədlərə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı rəhbərliyə təkliflər vermək;
- Müvafiq beynəlxalq keyfiyyət standartlarının İSO 9001/2015, İSO 14001/2015 və İSO 45001/2017 üzrə sertifikatlar ilə bağlı praktik tədbirlər həyata keçirmək və kənar müfəttişləri qəbul etmək;
- Müvafiq sahədə daha səmərəli və təkmilləşdirilmiş məqsədlər və metodlar təklif etmək;
- Keyfiyyət üzrə dövri qiymətləndirmələr və özünüqiymətləndirmə sistemləri hazırlamaq
- Mərkəzinin davamlı olaraq, müdavimlərinin üçüncü tərəf qiymətləndirmə şirkətlərinin cəlb olunması və qiymətləndirilməsi ilə beynəlxalq keyfiyyət standartları əsasında sertifikasiyasının təşkili

Bilməlidir:

- Azərbaycan Respublikasının qanunlarını;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

- Keyfiyyətə nəzarət üzrə ali təhsil, müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- Daxili auditor və ya lead auditor sertifikatının olması mütləqdir;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini işlək səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 500 (Bir min beş yüz) manat

Maraqlı olanlar CV-ni “Daxili keyfiyyətə nəzarət sistemi üzrə baş mütəxəssis” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP