Baş mühasib
 
JOB TITLE: Baş mühasib
EMPLOYER: Müasir tipli Peşə Təhsili Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: 2021-02-09 DEADLINE: 2021-03-10

Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:

Vəzifə : Baş mühasib

Vəzifə öhdəlikləri:

- Mərkəzdə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir;
- Xərclər smetasının hazırlanmasını və icrasını təşkil edir;
- İlkin uçot sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin aparılmasına, əməkhaqqı fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasına nəzarət edir;
- Aktivlərin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir, lazımi hallarda müvafiq işlərin hüquq-mühafizə orqanlarına verilməsinə nəzarət edir;
- İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işləri yerinə yetirir;
- Ştat, maliyyə, bank və kassa intizamına ciddi əməl edilməsi, inzibati-təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və digər itkilərin mövcud qaydalara uyğun mühasibat uçotunda əks etdirilməsini və uçotdan silinməsini təmin edir;
- Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin mövcud qaydada yerinə yetirilməsinə nəzarət edir;
- Mühasibat uçotunun səmərəli təşkilinə, kompüterləşməsinə və beynəlxalq standartlara uyğun qurulmasına diqqət yetirir;
- Mərkəz tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Vergilərin və digər icbari ödənişlərin hesablanması və onların ödənilməsinə nəzarət etmək;
- Müqavilələrin təsdiqləyici sənədlərin tərtib edilməsi və imzalanması, hesablaşmaların vaxtında və tam icra edilməsinə aid olan şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək;
- Mühasibatlıq fəaliyyəti ilə bağlı arxivləşdirməni təmin etmək;
- Qabaqcıl daxili və xarici təcrübə mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açılması və əməkdaşların əmək haqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətlərin həyata keçirilməsi.

Bilməlidir:

- “Təhsil haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını,ilkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını, mühasibat uçotunun təşkilini;
- Təhsil müəssisəsinin strukturunu, onun perspektiv inkişaf strategiyasını;
- Mühasibat uçotunun təhsil müəssisəsində təşkilinin təlimat və müddəalarını;
- Debitor borclarının silinməsi, debitor və kreditorlarla hesablaşma tələblərini, aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalarını;
- Maliyyə hesabatlarının formasını, tərtib və təqdim edilmə müddətlərini;
- Təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində mütərəqqi metodları, işin təşkilini, iqtisadiyyatı;
- Əməyin və idarəetmənin təşkilini; əmək, maliyyə, vergi qanunvericiliyini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

- Mühasibat sahəsində ali təhsil;
- Müvafiq vəzifələrdə minimum 5 ildən az olmayaraq əmək stajı;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 600 (Bir min altı yüz) manat

Maraqlı olanlar CV-ni “Baş mühasib” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP