Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : İmtahanların təşkili üzrə mütəxəssis
Vəzifə öhdəlikləri:
- Mərkəzdə keçiriləcək imtahanlara hazırlıq prosesinin təşkil olunması; - Müsahibələrin keçirilməsi üçün lazım olan sənədlərin hazırlanması və aidiyyatı üzrə nizamlanması; - İmtahan otaqlarının hazırlığını yoxlamaq, avadanlıqların (kompüter, veb-kamera) hazır vəziyyətdə olmasını təmin etmək; - İmtahan materiallarını arxivləşdirmək; - Mərkəzdə keçirilmiş kursların müdavimlərinin beynəlxalq sertifikat alması üçün üçüncü tərəf qiymətləndirmə şirkətinin seçilməsi və cəlb olunması prosesində iştirak etmək; - İmtahanların keçirilməsinin təşkili və sertifikatlaşma prosesində iştirak etmək; - Tələbələrin imtahana buraxılışlarının, imtahanlarda iştirakları prosesinin düzgün və vaxtında aparılması işinin koordinasiya edilməsi; - Mərkəzin daxilində akademik keyfiyyətin təminatı şurası ilə şıx əməkdaşlıq qurur; - Keçirilən imtahanların nəticələrinin qiymətləndirilməsində iştirak etmək; - İmtahan iştirakçılarının nəticələrinin düzgün və qəbul olunmuş prosedur qaydalara əsasən açıqlamaq; - İmtahan prosesinin beynəlxalq standartlara əsasən təşkil olunmasına nəzarət etmək; - Keçirilmiş imtahan və iştirakçılar ilə bağlı vahid elektron bazanın yaradılması; - Hər bir imtahan otağı üçün oturma planlarının hazırlanması; - Tələbələr və iştirakçılar üçün imtahan cədvəllərinin hazırlanması; - Məxfi olan imtahan materiallarının qəbul edilməsi, yoxlanılması və prosedurlara əsasən saxlanılması; - İmtahanların həyata keçirilməsi zamanı baş verə biləcək qayda, qanun və hüquq pozuntuları haqqında prosedurların hazırlanması; - İmtahanların keçirilməsi zamanı baş verən pozuntuların qeydiyyata alınması, bu pozuntular haqqında qanunla və daxili təlimat ilə nəzərdə tutulan qaydada presedurların həyata keçirilməsilə bağlı təkliflərin rəhbərliyə təqdim olunması; - İmtahan sertifikatlarının hazırlanması.
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını; - Müvafiq sahə üzrə beynəlxalq standartları və onların tətbiqini; - Əməyin təşkilinin əsaslarını; - Daxili əmək intizamı qaydalarını; - Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi - Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması; - Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini işlək səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00 - Əmək qanunvericiliyinin bütün tələblərinin icrası - Əmək haqqı 1 500 (Bir min beş yüz) manat
Maraqlı olanlar CV-ni “İmtahanların təşkili üzrə mütəxəssis” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.
|