İnnovativ tədris texnologiyalarının tətbiqi üzrə mütəxəssis
 
JOB TITLE: İnnovativ tədris texnologiyalarının tətbiqi üzrə mütəxəssis
EMPLOYER: Müasir tipli Peşə Təhsili Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: 2021-02-09 DEADLINE: 2021-03-10

Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:

Vəzifə : İnnovativ tədris texnologiyalarının tətbiqi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

- Əmək bazarını araşdıraraq dövrün tələblərinə uyğun ixtisasların tədrisi ilə bağlı təkliflər verir;
- Beynəlxalq təcrübəyə əsaslanaraq yeni tədris proqramlarının tətbinə dair təkliflər hazırlayır;
- Faktiki tədris olunan ixtisaslar üzrə yeni innovativ texnologiyalardan istifadə edərək proqramların keyfiyyət göstəricilərinin artırılmasına yönəlmiş təkliflər ilə çıxış edir;
- Beynəlxalq təcrübədə əmək bazarları haqqında nümunəvi araşdırma modellərinin tətbiqinə dair təklifləar hazırlayır;
- Yeni tədris proqramlarının əmək bazarına uyğunlaşdırılması istiqamətində təkliflər verir;
- Tədris proqramlarının keyfiyyətinin artırılmasına dair təkliflərlə çıxış edir;

Bilməlidir:

- Azərbaycan Respublikasının qanunlarını;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

- Ali təhsil, müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis və rus dillərini işlək səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 100 (Bir min bir yüz) manat

Maraqlı olanlar CV-ni “İnnovativ tədris texnologiyalarının tətbiqi üzrə mütəxəssis” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP