İnzibati Şöbənin müdiri
 
JOB TITLE: İnzibati Şöbənin müdiri
EMPLOYER: Müasir tipli Peşə Təhsili Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: 2021-02-09 DEADLINE: 2021-03-10

Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:

Vəzifə : İnzibati Şöbənin müdiri

Vəzifə öhdəlikləri:

- Binaların və digər tikililərin qorunub saxlanılmasını, düzgün istismarını və təmir olunmasını təmin edir;
- Tədris müəssisəsinin elektrik enerjisi, istilik, su ilə təchizatına və kanalizasiya sisteminin işləməsinə nəzarət edir;
- Tədris müəssisəsinin tələbatına uyğun sinif, laboratoriya avadanlığı, mebel, yataqxana ləvazimatı ilə təmin edir;
- Tədris müəssisəsinin əmlakının uçotunu və inventarlaşdırılmasını təşkil edir;
- Qiymətli malların və materialların qorunub saxlanmasını təmin edir;
- Tabeliyində olan işçilər arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət edilməsinə nəzarət edir;
- Şöbənin fəaliyyətinə dair mühüm məsələlər barədə məlumatı Mərkəzin rəhbərliyinə təqdim edir;
- Şöbənin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi üçün Mərkəzin rəhbərliyinə təqdimat verir;
- Müvafiq olaraq şöbəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;
- Mərkəzin PR strategiyasının hazırlanmasında iştirak edir;
- Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;
- Şöbəni təmsil edir;

Bilməlidir:

- “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
- İdarəetmənin təşkilini;
- Müəssisədaxili nəzarəti;
- Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
- İdarəetmənin elmi əsaslarını və müasir inventarlaşdırma metodlarını;
- Əmək qanunvericiliyini;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.

Tələblər:

- Ali təhsil, inzibati-təsərrüfat işlərində təcrübəsi olan;
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 600 (Bir min altı yüz) manat

Maraqlı olanlar CV-ni “İnzibati şöbənin müdiri” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP