Metodist (İdarəetmə peşələri üzrə)
 
JOB TITLE: Metodist (İdarəetmə peşələri üzrə)
EMPLOYER: Müasir tipli Peşə Təhsili Mərkəzi DUTY STATION: Azerbaijan
PUBLISHED: 2021-02-08 LAST UPDATED: 2021-02-09 DEADLINE: 2021-03-10

Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:

Vəzifə : Metodist (İdarəetmə peşələri üzrə)

Vəzifə öhdəlikləri:

- Mərkəzin tədris prosesində fəaliyyət istiqamətləri üzrə işlərin vəziyyətini öyrənir, onun səmərəliliyinin artırılmasına dair təkliflər verir;
- Mərkəzin fəaliyyət sahəsi üzrə metodik tövsiyə, vəsait, tədris plan və proqramları, tədris-metodiki sənədlərini hazırlayır və təsdiq edilməsini təşkil edir.;
- Müvafiq bölmələr üzrə seminar-müşavirə, təcrübə mübadiləsi, açıq dərslər və müzakirələr keçirir;
- Təhsil proqramlarına uyğun tədris proqramlarının tərtibinə nəzarət edir;
- Pedaqoji prosesin və onun nəticələrinin təhlili əsasında mərkəzin pedaqoji işçilərinin ustalığının yüksəldilməsi ilə məşğul olur;
- Müvafiq sahədə qabaqcıl iş təcrübəsini öyrənir;
- Mərkəzdə tədrisin müasir metodları, pedaqoji texnologiyalar və mexanizmlərdən istifadə etməklə fəaliyyət göstərməsini təmin etməkdə metodiki yardım göstərir;
- Mərkəzdə metodik işin vəziyyətinin öyrənilməsi, müvafiq addımların atılması və təşkili üzrə məsləhətlər verir və kömək göstərir;
- Beynəlxalq sferada müvafiq sahələr üzrə baş verən dəyişiklikləri izləyir və bu dəyişikliklərə əsasən müvcud tədris proqramında yenilənmələr edilməsinə nəzarət edir.

Bilməlidir:

- Azərbaycan Respublikasının qanunlarını;
- Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
- Müasir peşə tədris texnologiyalarını, online platformalar üzərindən tədrisin təşkilinin əsaslarını bilməlidir;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını

Tələblər:

- Ali təhsil, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
 M-s Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.

Əmək şəraiti:

- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 300 (Bir min üç yüz) manat

Maraqlı olanlar CV-ni “Metodist (İdarəetmə peşələri üzrə)” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2021 www.JobSearch.az  
Developed by MicroPHP