Müasir tipli Peşə Təhsili Mərkəzi vakansiya elan edir:
Vəzifə : Kargüzar (Qeydiyyat üzrə mütəxəssis)
Vəzifə öhdəlikləri:
- Mərkəzə daxil olan sənədləri qəbul etmək, qeydyyata almaq, aidiyyatı üzrə çatdırılmasını və cavablandırılmasını təmin etmək; - Mərkəzdə sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına cari nəzarət və müəyyən olunmuş qaydada arxivləşməni həyata keçirmək; - Daxil olan sənədlərin, məktubların, vətəndaşların ərizə və şikayətlərini, təkliflərin icrası olunduqdan sonra sənədləri saxlamaq və onlardan istifadə edilməsini təmin etmək; - Xaric olan sənədlərin aidiyyatı üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin etmək; - Vətəndaşların qəbulunu təşkil etmək, müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin etmək; - Mərkəzə müraciət edən tələbə və müdavimlərin müvafiq qeydiyyatının aparılması; - Qeydiyyat jurnallarının tərtib edilməsi;
Bilməlidir:
- Azərbaycan Respublikasının Əmək məcəlləsi - "Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu - "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”; - "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”; - "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat” - Əməyin təşkilinin əsaslarını; - Daxili əmək intizamı qaydalarını; - Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 3 il əmək stajı; - Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması; - Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00 - Əmək qanunvericiliyinin bütün tələblərinin icrası - Əmək haqqı 1 000 (Bir min) manat
Maraqlı olanlar CV-ni “Kargüzar (Qeydiyyat üzrə mütəxəssis)” başlığı ilə universitastraining@gmail.com ünvanına göndərə bilər.
|